CNS nyus, trampın böyük səhvi
Posted on : Tarix 10/16/2017 1:00:29 PM
İran nəhəngilə qarşılaşma
Tashaio.com-CNS nyus Amerika portalı bir raportda Amerika prezidenti D.
Trampdan istəmişdir ki, Amerikanın orta şərqdəki kemiş səhvlərindən ibrət alıb
Suriyada digər bir müharibəyə qatılmaqdan çəkinsin. Bu raportun “president
Tramp seçki kampaniyasındakı sözlərini yadına salmalı və ortaşərqdə digər bir
batlaqa girməkdən çəkinməlidir” adlı məqaləsində deyilir: təəssüflə aydındır
ki, president D. Tramp ölkələr və beynəlxaq mövzular haqqında çox bilmir. Əlbəttə
Tramp öz seçki kampaniyasında Amerikanın xarici siyasəti haqqında tam rasional
mövqedə idi: ABŞ ortaşərqdə hədəfsiz və nəticəsi olmayan müharibələrə
qatılmaqdan çəkinməlidir. Indi isə Trampın təyin etdiyi dövlət adamları
Amerikanı Suriya münaqişəsinə sövq etdirirlər. Suriyada neçətərəfli bir müharibəyə
qatılmaq –Amerikanın hətta diqqətə layiq dərəcədə mənafeyini təmin edərsə, şübhəlidir.
Halbu ki, bu ölkənin belə bir mənafeyi yoxdur. Daha pisi budur ki, Uaşinqton bu
müharibədə fəal bir tərəfə çevrilərsə özünü şiə İran nəhəngi, nüvə bombalarına
sarılmış Rusiya və NATO üzvü Türkiyənin qarşısında görəcəkdir. Deməliyik ki,
Amerika dövlətinin Suriya siyasəti və qarşıdurmaya doğru hərəkəti dəli bir təşəbbüsdür.
Bundan əvvəl də Buş dövlətinin İraqa etdiyi yersiz hücumu regiondakı müvazinəti
İranın xeyrinə dəyişdirdi. Əslində isə Amerikanın ortaşərqdə təkrar yaratdığı
yersiz və çirkin şərait göstərir ki, Rusiya kimi digər bir super gücün də ortaşərq
problemlərinə qatılması və Uaşinqtonun qınaq ortağı olması! yaxşı olardı. Tramp
dövlətinin Suriya müharibəsinə doğru aram hərəkəti çox təhlükəlidir. Amerika tərəfindən
Suriya qırıcısının vurulması həmin təşəbbüslərin nümunəsidir ki, haqlı olaraq
Suriya tərəfindən bu ölkə hakimiyyətinə təcavüz kimi qiymətləndirilmişdir. Bu
kimi təşəbbüslər dünyanın nüvə qüdrətlərini müharibə ərəfəsinə sövq etdirəcəkdir.
Amerika və Rusiya bir-birinə atəş açsalar Kuba raket böhranindan daha təhlükəli
bir vəiyyət yaranacaqdır. Hələ o böhranda Moskva və Uaşinqton yalnız bir-birini
hədəflə hədələyirdilər. Bundan əlavə o böhranda Amrikanın təhlükəsizliyi diqqətə
layiq dərəcədə təhlükəyə düşmüşdü ki, bu baxımdan Suriya məsələsilə müqayisə
edilməzdir. Yoxsa Uaşinqtonun şəraiti siyasətçilərin dəliqanlılığına səbəb
olmuşdur. Amerika həmişə ortaşərq siyasətini səhv şəkildə həyata keçirmişdir:
İrana müdaxilə etmək, İraqı İrana qarşı müharibədə dəstəkləmək, İsrailə ağ çek
vermək, Livana müdaxilə etmək, Fars körfəzi Ərəb olkələri başçılarını bağrına
basmaq, Misir mütləqiyyətçi hakimiyyətini dəstəkləmək, İraqı bir-birinə
qarışdırmaq, Libiyada hərcmərc yaratmaq, Səudiyyənin Yəmənə hücumunu dəstəkləmək,
Riyadın Qətərə hücumunu himayə etmək, bu təşəbbüslərin heç birinin xeyri
olmamış və olmayacaqdır. Lakin Amerikanın fəal müharibə tərəfinə çevrilməsi
keçmişdəkindən daha pis vəziyyət yaradan bir fikir olardı. President Tramp
seçki kampaniyasındakı məntiqi sözlərini həyata keçirməlidir. Amerika ortaşərqdə
on illərlə müharibədən sonra bu siyasətə son qoymalıdır. Yeni siyasəti başlamaq
üçün Suriya uyğun mövzudur.