Mədinədə Bəni Haşim məhəlləsi və İmam Səccadın (ə) evi- Video
Posted on : Tarix 10/18/2017
Mədinə şəhərində Bəni-Haşim məhəlləsinin bəzi qədimi fotolarını və İmam Səccadın (ə) evinin vidosunu təqdim edirik
Bəni-Üməyyə və Bəni-Abbas dövründə imamlara və onların övladlarına təzyiqlər və zülmlər nəticəsində ələvilər İraqa, İrana, Şimali-Afrikaya hətta Azərbaycan kimi uzaq yerlərə belə üz tutmağa məcbur idilər. Buna baxmayaraq, tarix boyu Bəni-Haşimin əsas vətəni Mədinə şəhəri olaraq qaldı. İndinin özündə də Mədinə şəhərində Bəni-Haşim övladları yaşayılar və vəhhabi planları o seyyidləri öz diyarlarından birdəfəlik didərgin sala bilməyib.
Bəni-Haşimlilərin məhəlləsi Peyğəmbərin məscidinin Babun-Nisa və Bab-Cəbrail qapılarından başlayaraq Bəqi qəbirsanlığına gedən yolun üzərinə yerləşir. Tarix boyu bura Bəni-Haşim məhəlləsi kimi tanınıb. Lakin Səud ailəsi şəhərə müsəllət olduqdan sonra məhəllədə qədimi evlərin çoxusu dağıntılara məruz qalıb. Hazırda isə hərəmin ərazisinin genişləndirilməsi kimi planların həyata keçirilməsi bəhanəsilə böyük əhəmiyyət kəsb edən tarixi-dini abidələr dağılmaqdadır.
İslaminSesi.info Mədinə şəhərində Bəni-Haşim məhəlləsinin bəzi qədimi fotolarını və İmam Səccadın (ə) evinin vidosunu təqdim edir: