header

 Amerikanın terrorizm məsələsilə yeni oyunu-Reportaj

Amerika bir daha Suriyaya qarşı söz savaşını şiddətləndirərək, iddia edibdir ki, Dəməşq ehtimal üzrə hökumətlə müxalif silahlı qruplara qarşı kimyəvi silahdan istifadə üçün planlaşdırma aparmaqla məşğuldur.

Press TV-nin məlumatına görə, Amerikanın özünü İŞİD ilə mübarizənin lideri kimi qələmə verməsinə əsasən, İŞİD ilə mübarizənin qızğın dövründə Suriyaya qarşı bu yeni iddianın irəli sürülməsi Vaşinqtonun niyyətləri barədə tərəddüdlər yaradıbdır. Ağ Ev bazar ertəsi günü bildirib ki, Bəşşar Əsəd hökuməti ehtimal üzrə hökumətlə müxalif silahlı qruplara qarşı kimyəvi hücum üçün planlaşdırma aparmaqla məşğuldur. Amerikalılar xəbərdarlıq ediblər ki, belə bir hücum çoxlu sayda mülkinin ölümünə bais olacaq və belə olan təqdirdə, bu, Dəməşqə baha başa gələcəkdir. Pentaqon bildiribdir ki, kimyəvi silahlarla bağlı fəaliyyətləri Suriyanın Hums vilayətində yerləşən Şayrat hava bazasında müşahidə edibdir. İngiltərənin Suriyadakı keçmiş səfiri Piter Ford Amerikanın bu yeni söz savaşına başlamaqda məqsədi barədə belə deyib: Vaşinqton özünü Suriyanın müdafiə qüvvələrinə qarşı yeni hücuma hazırlayır və bu səbəbdən, ümumi fikri belə bir hadisə ilə üzləşməyə və onu qəbul etməyə hazırlamağa çalışır. Amerika iddia edir ki, aprel ayında İdlib vilayətinin Xan Şiyxun məntəqəsində kimyəvi hücum həyata keçirilməzdən öncə də oxşar hazırlıqlar görülmüşdü. Suriya hökuməti o zaman Xan Şiyxun kimyəvi hücumunda hər cür iştirakı rədd etdi və bu hadisə barədə müstəqil təhqiqatın aparılmasını istədi. Amma Amerika bu barədə təhqiqat aparılmadan Suriyanın Şayrat hava bazasına qarşı onlarla Tamahauk raketini atdı və beləliklə, ABŞ-ın bu ölkədəki ilk birbaşa hərbi addımı qeydə alındı. Amerikanın Suriyaya qarşı yeni ittihamları bu ölkədə gərginliyin bir daha artacağı barədə nigaranlıqlar yaradıbdır. Xüsusən ona görə ki, terrorçular Suriya və İraqda günbəgün daha artıq məğlubiyyətlərə uğrayırlar. Piter Ford bu barədə belə deyib: Amerika çalışlır ki, dünya BMT-nin aprel hadisəsi barədə təhqiqatla məşğul olduğunu unutsun. Bu təhqiqatlar davam etməkdədir və bu günədək heç bir vəchlə sübut olunmayıbdır ki, Əsəd hökumətinin onda əli olubdur.

Rusiya Amerikanın Suriyaya qarşı təhdidini qəbuledilməz adlandırıb və Amerika kəşfiyyatının fəaliyyətini şübhə altına alıbdır. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Amerikanı onda ittiham edibdir ki, qeyri-düzgün bəhanələrə söykənərək, özünün əsl niyyətlərini gizlətməyə çalışır. Zərif öz twitter müraciətində belə yazıb: Amerika qeyri-düzgün bəhanələrə söykənərək, Suriyada yeni gərginlik yaradır və bu, yalnız İŞİD-in xeyrinədir. Bu hadisə düz o zaman baş verir ki, iraqlılar və suriyalılar İŞİD-i məhv etməkdədirlər. Rusiya 2013-cü ildə Amerika ilə bir razılaşma əldə etdi. Bu razılaşmaya əsasən, Suriya özünün kimyəvi silahları və ehtiyatlarını təhvil verdi ki, Amerika da bunun əvəzində bu ölkəyə qarşı hücum planlarını kənara qoysun. Kimyəvi Silahlardan İstifadəni Qadağan edən Təşkilat Suriyanın kimyəvi silahlarının məhv edilməsi işini öz üzərinə götürdü və bunu yerinə yetirdi. Bu təşkilat sonda bu prosesin təkmilləşdiyini təsdiq etdi. Dəməşq deyir ki, kimyəvi amillərin qalıqlarının yerləşdiyi məkana çıxışı yoxdur, zira bu məntəqələr silahlı qruplar və terrorçu qüvvələrin ixtiyarındadır. Suriya hökuməti bildirir  ki, heç bir kimyəvi silaha malik deyil, zira bu ölkənin bütün ehiyatları BMT-nin nəzarətilə məhv edilibdir. Dəməşq İŞİD və Cibhətunnusrə terror qrupları, eləcə də onların tabeliyində olan qrupların bu ölkə boyu həyata keçirilən kimyəvi hücumlarda məsuliyyət daşıdıqlarını bildirir və Ərəbistan ilə onun müttəfiqlərini terrorçular üçün qadağan olunmuş silahlar təşkil etməkdə ittihamlandırır.

Amerika bir daha Suriyaya qarşı söz savaşını şiddətləndirərək, iddia edibdir ki, Dəməşq ehtimal üzrə hökumətlə müxalif silahlı qruplara qarşı kimyəvi silahdan istifadə üçün planlaşdırma aparmaqla məşğuldur.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap