Azad edilmiş Homs şəhərini SƏR ordusu ilə yanaşı Rusiya hərbçiləri də qoruyur - VİDEO
Posted on : Tarix 10/16/2017 1:00:27 PM
Sonuncu terrorçular bazar günü Suriyanın Xoms şəhərini tərk etdi.
Avtobus karvanı Hələb əyalətində Cerablus şəhəri istiqamətinə yönəldi. Hazırda Homs əyalətinin administrativ mərkəzi SƏR silahlı Qüvvələrinin tam nəzarətinə keçib.
Evakuasiya RF Müdafiə Nazirliyinin hərbi polisinin bölmələrinin və Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin zabitlərinin iştirakı altında keçirilib.
Bundan əlavə rusiyalı hərbçilərin bir qismi avtokarvanı Suriya-Türkiyə məntəqəsində təyinat nöqtəsinə kimi müşaiyət edib.
Terrorçular getdikdən sonra hərbi polisin əməkdaşları artıq dinc şəhərə girişdə bir neçə blok postlara nəzarətə başlayıblar.
Polisin məlumatına görə, şəhərdə ancaq öz evlərini tərk etmək istəməyən mülki vətəndaşlar qalıb.
Qeyd edək ki, Əl-Vayer rayonu neçə illər idi ki, silahlı qruplaşmaların nəzarətində idi. Xomsda 11-ci mərhələdə 700 terrorçu daxil olmaqla 2500 silahlı qruplaşma tərəfdarı şəhərdən çıxarılıb.
Bazar günü axşam qubernator Talala Barazinin iştirakı ilə Al-Vayer mərkəzi meydanında təntənəli surətdə Suriya Ərəb Respublikasının bayrağı ucaldılıb.