“Nə beş min, bura sənə polis idarəsidir…?” -ELDAR MAHMUDOVUN DƏSTƏSİNİN DAHA BİR CİNAYƏTİ
Posted on : Tarix 10/16/2017 1:00:26 PM
şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küşəsi, ev 4, mən. 6 ünvanında yaşayan Bağırov Qulam Davud oğlu Baş prokuror Zakir Qaralova Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş şöbə rəisinin müavini Sahib Ələkbərovdan şikayət edib.
Şikayətinin bir surətini Gununsesi.info-ya təqdim edən vətəndaş
MTN-dəki mütəşəkkil cinayətkar dəstənin, xüsusilə, Sahib Ələkbərovun onun
başına gətirdiklərindən yazıb.
Xatırladaq ki, Sahib Ələkbərov həbs edilsə də sonradan azadlığa çıxa bilib.
Vətəndaş şikayət ərizəsində yazır:
MTN-nin İstintaq İdarəsinin keçmiş şöbə rəisinin müavini Ələkbərov Sahib Yunis
oğlu 2009-cu ilin noyabr-dekabr aylarında mənə hədə-qorxu gələrək, külli
miqdarda pul tələb etmiş və sonradan hədə-qorxu ilə məndən 135 000 (yüz otuz
beş min) ABŞ dolları pul almışdır.
Mənim həmin məbləğdə pulum olmadığına görə Sahib Ələkbərova onun tələb etdiyi
pulu vermək üçün, mənim Badamdar qəsəbəsində yerləşən, yeni tikilidə olan üç
otaqlı mənzilim, Mersedes markalı 10 EE 445 dövlət qeydiyyat nişanlı avtomobilim,
həyat yoldaşımın və anamın bütün qızıl-zinət əşyaları satılmış və əldə edilən məbləğ
bəs etmədiyinə görə, əlavə olaraq külli miqdarda da borc alınaraq ona
verilmişdir.
Beləki, MTN-nin toplayaraq Səbail RPİ-nə göndərdiyi materiallar əsasında Səbail
RPİ-nin İŞ-də 11999 saylı cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə uzun
müddətli istintaq hərəkətləri aparılmış və mənim əməlində cinayət tərkibi
olmadığına görə başlanmış cinayət işinə müstəntiq tərəfindən 26 fevral 2009-cu
il tarixdə xitam verilmişdir. Təxminən 2009-cu ilin oktyabr ayının axırı,
noyabr ayının əvvəlində özünü MTN-nin müstəntiqi kimi təqdim edən Sahib Ələkbərov
məni MTN-nə çağırdı. Mən MTN-nə getdim. Sahib Ələkbərov mənə bildirdi ki, Səbail
RPİ-də olan cinayət işini tələb edibdir, cinayət işinə xitam verilməsi barəsindəki
qərarı ləğv edib məni ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edəcəkdir. Mən
ona heç bir cinayət törətmədiyimi bildirdim. Bundan sonra o cinayət işini ləğv
etməmək və məni məsuliyyətə cəlb etməmək üçün məndən 200 000 ( iki yüz) manat
pul tələb etdi. Mən göstərilən məbləğdə pulumun olmadığını bildirdim. Məni evə
buraxdı və yaxşı fikirləşməyimi tapşırdı. Bir neçə gündən sonra S.Ələkbərov məni
yenidən MTN-nə çağırdı və pulu təşkil edib-etmədiyimi soruşdu. Mən ona cəmi 5
000 (beş min) manat düzəldə biləcəyimi və başqa pulumun olmadığını bildirdim.
S.Ələkbərov “ nə 5 000 manat, bura sənin üçün polis bölməsidir” deyərək, məni hədələməyə
başladı. Mən bir daha ona 200 000 manatı düzəldə bilməyəcəyimi bildirdim.
Bundan sonra, S.Ələkbərov 14 noyabr 2009-cu il tarixdə məni CM-nin 204.3.2-ci
maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək məni həbs etdi. Mən həbsdə
olduğum müddətində o, mütəmadi olaraq, mənə hədə-qorxu gələrək, mən ağır cəza
verdirəcəyi ilə hədələyərək məndən külli miqdarda pul tələb etməyə başladı. Məndən
qardaşım Bağırov Sərdarın telefon nömrəsini götürdü. Bir müddətdən sonra
bildirdi ki, mənim həbsdən azad edilməm və barəmdəki cinayət işinə xitam verilməsi
üçün külli miqdarda pul lazımdır. Mən yenə də pulumun olmadığını bildirdim. O,
qardaşımla görüşdükdən sonra mənə bildirdi ki, qardaşımda da pulu yoxdur. Sonra
o hədə-qorxu ilə tələb etdi ki, pul verilməsə həbsdə saxlayacam. Bundan sonra
ailəmiz S.Ələkbərovun məni həbs etməsi və mütəmadi olaraq hədə-qorxu gəlməsinə
görə məcbur olub mənim Badamdar qəsəbəsindəki üç otaqlı mənzilimi ucuz qiymətə,
48 000 ABŞ dollarına satmışdırlar. S.Ələkbərov həmin məbləğın cox az olduğunu
bildirərək ələvə pul tələb etmişdirlər. Bundan sonra mənim 10 EE 445 dövlət
qeydiyyat nişanlı Mersedes markalı avtomobilim, anamın və həyat yoldaşımım
bütün qızıl-zinət əşyaları satılmışdır. Toplanan məbləğin az olduğunu bildirən
Sahib Ələkbərovun hədə-qorxusu altında ailə üzvlərim əlavə olaraq külli
miqdarda borc pul alaraq, ümumilikdə 135 000 ABŞ dolları düzəldə bilmişdirlər.
Bundan sonra S.Ələkbərov mənə bildirdi ki, məni həbsdən azad edir və cinayət
işinə xitam verəcəkdir. 14 dekabr 2009-cu il tarixdə mənim barəmdəki həbs qətimkan
tədbiri ləğv edildi. Bir müddətdən sonra S.Ələkbərovdan söz verdiyi kimi,
başladığı cinayət işinə xitam verilməsini tələb etdim. Ancaq o verilən məbləğın
az olduğu üçün cinayət işinə xitam verilməyəcəyini bildirdi. Belə olanda mən
ondan aldığı külli miqdarda pulu geri tələb edərək bildirdim ki, mən və ailəm
onun külli miqdarda aldığı pula görə çətin vəziyyətə düşübdür. S.Ələkbərov
bildirdi ki, başqa yolu yoxdur. Tapşırarıq məhkəmədə səni tutmasınlar. Bildirdi
ki prokuroluq və məhkəmələr onların tapşırıqlarını yerinə yetirirlər və MTN-dən
qorxurlar.
S.Ələkbərova pulu mənim qardaşım Bağırov Sərdar Davud oğlu Nərimanov heykəlinin
yanında Sahibi Ələkbərova məxsus “MİTSUBİSHİ PAJERO” markalı avtomobilində
vermişdir.
Beləliklə, S.Ələkbərovun qanusuz hərəkətləri və hədə-qorxu ilə tələb edərək
aldığı külli miqdarda pula görə, mən və eləcədə ailəm həddindən artıq çıxılmaz
vəziyyətə düşdük.
S.Ələkbəropv öz qanunsuz başladığı cinayət işini ört-basdır etmək üçün, mənim
barəmdəki cinayət işini heç bir aidiyyatı olmayan, tanımadığım başqa adamların
cinayət işinə birləşdirərək məhkəməyə göndərmişdir. Beləliklə də mən S.Ələkbərovun
qanunsuz hərəkəti nəticəsində əsassız olaraq məhkum edildim.
Müraciətinin sonunda vətəndaş MTN-nin İstintaq İdarəsinin şöbəsinin rəisinin
müavini Ələkbərov Sahib Yunis oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini və
ondan hədə-qorxu ilə aldığı 135 000 (yüz otuz beş min) ABŞ dolların
qaytarılmasını tələb edir.
Gununsesi.info şikayətlə bağlı Sahib Ələkbərovun özü ilə danışa bilib. Sabiq
MTN istintaqçısı barəsində yazılanların doğru olmadığını deməklə kifayətlənib.