header

 ailəvi hökumət ölkəsi/ Türkiyə qəzeti: Azərbaycan orta əsrlərə qayıdırmı?

Bir Türkiyə qəzeti: İlham Əliyevin xanımının vitseprezident təyin edilməsi belə bir sualı irəli sürür ki, görəsən Azərbaycan bu təşəbbüslə orta əsr ailəvi hakimiyyətə qayıdırmı?

Tashaio.com-Zaman qəzeti cümə günü nömrəsində dərc etdiyi məqaləsində yazmışdır: Azərbaycan prezidenti İlham Əliyev fevralın 21-nə xanımı Mehriban Əliyevanı vitseprezident təyin etdiyini bildirmişdir. Vitseprezidentlik vəzifəsi son vaxtlar konstitusiyada edilən dəyişikliklər nəticəsində meydana gəlmişdir. Konstitusiyaya əsasən president öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə vitseprezident ölkəni idarə etməlidir. Müxalifət müsavat partiyasının rəhbəri Arif Hcılı deyir: prezidentin xanımının bu vəzifəyə təyin edilməsi ölkədə “ailəvi dövlət” reallığının daha da aşkar olmasına səbəb olur. Vaxtı ilə prezidentliyə namizəd olan Müsavat partiyasından İsa Qənbər demişdir: məncə president bu qərarla Azərbaycanı orta əsrlərə, feodalizm dövrünə sürükləyir. Politoloq Tövfiq Abbasov inanır ki, müxalifət, prezidentin hər hansı bir qərarını tənqid etməyə öyrəşmişdir. Əliyeva xanım bu vəzifəyə təyin edilərkən onun bir deputat kimi uğurlu fəaliyyəti, social sahələrdə fəal bir şəxsiyyətə malik olduğu və seçicilərinin ona bəslədikləri rəğbət nəzərə alınmışdır.

Qəzet xatırladır ki, Azərbaycan inhisarçıları hələ çoxdan qüdrətin Əliyev ailəsində saxlanılmalı olduğuna diqqət yetirmişdilər. Demək Mehriban Əliyevanın bu vəzifəyə təyin edilməsi təbii və təvəqqe olunan bir hadisə idi. Əsas budur ki, ailəvi hökumət Əliyev ailəsində qalmalı idi.

Bir Türkiyə qəzeti: İlham Əliyevin xanımının vitseprezident təyin edilməsi belə bir sualı irəli sürür ki, görəsən Azərbaycan bu təşəbbüslə orta əsr ailəvi hakimiyyətə qayıdırmı?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap