header

 "Şəhidlər xiyabanı və məscid ərazisinin zibilliyə çevrilmək təhlükəsi yaranıb"

"Əraziyə tökülən məişət tullantıları tarixi abidə ilə yanaşı, yaxınlıqdakı şəhər məscidinə və Şəhidlər xiyabanına da hörmətsizlikdir".

Ağsu şəhərində arxeoloqların aşkarladığı qədim tarixi abidənin ərazisində aparılan qazıntı sahəsi baxımsız qaldığından zibilxanaya çevrilib.

İslamazeri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu tarixi abidə həm də ziyarətgah kimi fəaliyyət göstərir və insanlar bura tez-tez üz tuturlar. Son vaxtlar baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşən abidə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşib.

Ərazidə arxeoloji qazıntılar aparan tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, qədim məzarlıqda 400 il əvvəl yaşamış insanlar dəfn olunub. Bu ərazidə Azərbaycanın və müsəlman dünyasının heç yerində rast gəlinməyən qəbir tipləri var. Əhləd daşı yerinə səhəng daşı qoyulmuş qəbirlər yalnız buradadır. “Arxeoloji tədqiqat işləri aparandan sonra ərazidə yol çəkilişi zamanı bu abidənin bir hissəsi dağıdılıb. Yerli sakinlər isə bu ərazini zibilxanaya çeviriblər”.

Arxeoloqun sözlərinə görə, abidə bir müddət mühafizə olunsa da, sonradan yerli sakinlər və aidiyyəti qurumlar laqeydlik edib: “Ərazidə nə Şəhidlər xiyabanına, nə məscidə, nə də dağılaraq məhv olmaq üzrə olan bu tarixi abidəyə diqqət edən var. Bura insanların inanc yeridir və zibilliyin yaradılması ilə dəfn edilən insanlara böyük hörmətsizlik edilir”.

Arxeoloq bildirib ki, əraziyə tökülən məişət tullantıları tarixi abidə ilə yanaşı, yaxınlıqdakı şəhər məscidinə və Şəhidlər xiyabanına da hörmətsizlikdir: “Hava küləkli olanda zibillikdəki əşyalar dağılaraq həmin müqəddəs yerlərə tökülür və natəmizlik yaranır. Şəhidlər xiyabanı və məscid ərazisinin də zibilliyə çevrilmək təhlükəsi yaranıb. Yay vaxtı bu ərazidə üfunət iyindən dayanmaq olmur. Zibillikdə gəzişən küçə itləri məzarlıqda xoşagəlməz vəziyyət yaradırlar. Antisanitariya şəraiti ziyarətə gələn insanların da haqlı narazılığına səbəb olur”.

Yerli sakinlərdən Zaur Əsgərov deyib ki, ərazinin zibilləyə çevrilməsinin günahkarı yerli əhalidir. Ziyarətə gələn Mehbarə Şirinova isə hesab edir ki, rayon rəhbərliyinin tələbi ilə ətraf zibillikdən təmizlənsə, yaxşı olar.

Ağsu rayon Mənzil Kommunal İdarəsinin rəisi Əli Mustafayev bildirib ki, rayonun məişət tullantıları Ağsu şəhərindən kənarda 4 hektar ərazisi olan zibil poliqonuna daşınır. Rəisin sözlərinə görə, arxeoloji abidənin zibilliyə çevrilməsində günahkar ora yaxın ərazidə yaşayan sakinlərdir. Buna baxmayaraq, sözügedən əraziyə baxış keçirilərək oradan tullantılar yığışdırılacaq.



"Əraziyə tökülən məişət tullantıları tarixi abidə ilə yanaşı, yaxınlıqdakı şəhər məscidinə və Şəhidlər xiyabanına da hörmətsizlikdir".
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap