Türkiyədə İŞİD-ə qarşı əməliyyat nəticəsində 3 Azərbaycan vətəndaşı saxlanılıb
Posted on : Tarix 10/16/2017 1:00:23 PM
"İslaminSesi" Anadolu-ya istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi həftə ərzində İŞİD terror təşkilatına qarşı ölkənin 29 rayonunda keçirilən geniş miqyaslı əməliyyatlar nəticəsində 820 nəfərin saxlanıldığını açıqlayıb
Bursa rayonunda saxlanılanlardan 59-u xarici ölkə vətəndaşlarıdır. Onların birinin Rusiya, 3-nün Azərbaycan, 4-nün Türkmənistan, 51-nin isə Suriya vətəndaşları olduqları bildirilib.
Şübhəlilər polis məntəqələrinə aparılıb.