Cavad Zərif Trampın “İran odla oynayır” mesajına cavab verib
Posted on : Tarix 10/16/2017 1:00:22 PM
“Tehran heç bir təhdiddən mütəəssir olmayacaq, çünki öz təhlükəsizliyimizi xalqdan alırıq. Biz heç vaxt bir muharibənin başlayanı olmayacağıq. Biz özümüzü müdafiə edən vasitələrin həyata keçirilməsinə təkidlə yanaşırıq. Biz silahlarımızdan yalnız müdafiə zamanı istifadə edərik. Baxaq görək bu şikayətlənənlərdən hansı bu iddianı edə bilər?!”
bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif twitter səhifəsində yazıb.
Cavad Zərif twitter səhifəsində İranın hansı səbəbə görə ballistik raketlər istehsal etdiyi və sınaqdan keçirməsi haqda ötən il etdiyi çıxışını da vurğulayıb.
Donald Tramp bundan öncə öz twiter səhifəsində İrana bəzi təhdidlər yağdırmış və İranın odla oynadığını bildirmişdi. O bildirmişdi ki “İran odla oynuyur, Onlar Obamanın mehriban rəftarının qədrini bilməyiblər. Mən onun kimi deyiləm.”
Ümumiyyətlə ABŞ rəsmiləri son 3 gündə İrana qarşı aşırı təhdidlərə əl atıblar ki Tehran da bu təhdidlərə cavab verməkdən çəkinmir.