header

 Xocalı qırğınından can qurtaran bir nəfər qara yanvarın ildönümündə hacı Taleh Bağırova məktub yazmışdır

Bütün azadlıqsevərlərin, 20 yanvar və Qarabağ şəhidlərinin duası snınlədir

Tashaio.com - 27 il bundan qabaq hər ikimiz uşaq idik. Sən Bakıda, vətənimizin şəhərlərinin birində yaşayırdın. O soyuq gündə Bakıda günahsız qurbanların meyitləri və oradakılar düşmənin amansız gülləsinə məruz qalmışdı. Mən isə evdə idim və o qəmli hadisəni dinləyirdim…..

Məncə bu, Azərbaycanda dəhşət və qorxu yaratmaq üçün son cəhd idi. Amma Azərbaycan övladının son günlərdəki qırğını və dövlət həbsxanasındakı işkəncəsi düşmənin hələ də, dəyişik sima ilə vətəndə olduğunu göstərir. Elədir! Macəra 19 yanvardan başlandı. O gün əhali islami və tarixi şüarlarla Arazın o tayına axışanda islam və Azərbaycanın bütün düşmənləri vurma-çalmaya düşdülər. təkcə komunistlərin deyil, artıq məlum olduğu kimi Amerikanın və İsrail kimi islamın digər düşmənlərinin əli bu amansız qırğında qana batmışdır. Sonralar qara yanvar adlanan 90-cı ilin 20 yanvarında. Günahsız vətəndaşlardan yüzlərlə öldü və 1000 yaralandı. Tank və helikupterlə təchiz olmuş 26000 düşmən gözəl şəhərin küçələrinə doldu və güllə yağdırmağa başladılar. Bu, zülm və sitəmdən qaurtarmaq və əsil kimliyini tapmaq istəyən bir millətin islam və müsəlmanların düşmənləri tərəfindən cəzalandırma cəhdlərinin bir hissəsi idi. Bu, gücsüz kişi, qadın və uşaqlara bir yürüş idi. Eləcə də bu yürüş millətimizin yaxınlaşmaqda olan istiqlal və azadlığının labüdlüyü idi. Mən o vaxt Bakıdan uzaqda yaşayırdım. Mən Qarabağ rayonunda və Xocalıda böyümüşəm. 90-cı ildən qabaq ağlıma belə gəlmirdi ki, cəmi iki ildən sonra vandal qüvvələr evimə, ailəmə, hər nəyə və hər kəsə qarşı acınacaqlı müharibə başlayacaqlar. 1992-ci ilin fevralında artıq Xocalı qırğınından qalan bir adama çevrilmişdim. Ermənistan qüvvələri 300 nəfəri yaşlı, müdafiəsiz qadın və uşaq olmaqla 613 nəfəri kütləvi şəkildə qıranda anbustman təşkilatı tamaşa etməklə kifayətlənirdi. Indi də elədir, Azərbaycan övladının diktatorların həbsxanasında işkəncə və ölümə məruz qalmasına tamaşa edirlər. Bakıda baş verənlər, Bakıya və Azərbaycanın digər şəhərlərinə hakim kəsilən komendant yadımdadır. Komendant hökumətinə baxmayaraq milyonlarla azərbaycanlı bir araya gələrək bu qəmli hadisəyə və şəhidlərə əza saxladılar ki unudulmasınlar. Millətimiz azadlığı və islam kimliyini istəyir və 1990-cı il faciəsinə dözə bilmirdi. Biz belə təsəvvür edirdik ki, 91-ci ilin oktiyabrında XX əsrdə və 71 ildən sonra ikinci dəfə olaraq azadlıq, istiqlaliyyət və hüviyyətimizi bərpa etmişik. Əfsuslar olsun ki, bu, ilğımdan başqa bir çey deilmiş. Yenə də azəri düşmənlərinin çəngindəyik. Xalq düşmənləri hər gün öz maraqlarını təmin etmək üçün bu torpağın övladlarını sallaxlayırlar. Bu gün sən Azərbaycanın mütləqiyyətçi dövlətinin dəhşətli həbsxanasındasan. Buradan bütün dünya Azərbaycanın ədalətpərvərlik və istiqlaliyyət səsini eşidir. Zaman səni yadında saxlayacaq. Şübhəsiz, bütün azadlıq sevərlərin, 20 yanvar və Qarabağ şəhidlərini duası səninlədir. Mən həmişə səni xatırlayıram və bir müsəlman kimi azadlıq borcumuzu unutmayacağam. Elədir! Sən istiqlal, azadlıq və əsil kimlik uğrunda 20 yanvar şədlərinin qanlarının həqiqi varisisən. Tarixin göstərdiyi kimi nəhayət “haqq batilə qələbə çalacaqdır”.

Bütün azadlıqsevərlərin, 20 yanvar və Qarabağ şəhidlərinin duası snınlədir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap