header

 Azərbaycan tələbələri Ayətullah Amilinin 19 yanvarla bağlı çıxışını dəstəkləyən bəyanat verdilər

Biz bütün dünya azərilərini, həqiqi kimliyini diriltmək üçün mövcud imkanlardan istifadə etməyə və hər ilin 19 yanvarını "Dünya Müsəlman Azərilərin Birlik Günü" kimi qeyd etməyə çağırırıq

Azəri vilayətlərin tələbələri həzrət Ayətullah Amilinin 19 yanvarla bağlı çıxışına dəstək olaraq bəyanat yayımlayıblar.

Bəyanatınin tam mətni:

 Uca Allahın adı ilə

 Qafqaz məntəqəsi qədim İranın ən gözəl yerlərindən olub. Bu diyar həmişə milli və dini qeyrətin göstəricisi olub və dəfələrlə qəhrəmanlıqlar yaradıb, bütün vücudu ilə uca İrana bağlı olduğunu göstərib. Qədimdən Osmanlı hökumətinin tamah saldığı bu diyar dəfələrlə Osmanlı tərəfindən hücuma məruz qalır. Osmanlı bu torpaqları da öz torpaqlarına qoşmaq istəyirdi. Lakin Qafqazın qeyrətli oğulları Osmanlı qoşunlarını hər dəfə nakam qoyur və Qafqazdan xar bir halda uzaqlaşdırırdı.

 

Qafqaz tarixininin ən acı hadisəsi Qacar dövlətinin bacarıqsızlığı nəticəsində böyük İranın behiştə bənzər uyğun hissəsinin kommunist rusların üfunətli cənginə keçməsidir.

 

Bu diyarın əhalisi 70 il müqavimət göstərib, Allaha iman köməyi ilə öz iki əsas İslam və İran kimliyini kommunizm hökmranlığı qarşısında müdafiə etdilər. Xalqın düşmənləri hər şeydən öncə müsəlman Qafqaz xalqının kimliyinin uyğun əsas iki hissəsini hədəfə aldılar. Onun uca və dəyərli tarixini dəyişdirdilər. Milləti öz ədəbiyyatına və mədəniyyətinə bağlayan Quran əlifbasını dəyişdirdilər və bu yolla Qafqaz xalqının bütün sərvətini, milli və dini kimliyini birdəfəyə dəfn etməyə çalışdılar.

 

Lakin bu zalım qarətçilər müsəlman Qafqaz xalqının dini qeyrətini tanımamışdılar.

 

Müsəlman Qafqaz əhalisi kül altında qalmış köz kimi yenidən alovlanıb, öz həqiqi kimliyinə rəcət etdi, qayıtdı. Milli qəhrəmanlıq və dini qeyrət ruhu yenidən qəhrəman Qafqaza qayıtdı; xalq 1990-cı il yanvarın 19-u 70 illik əsarət zəncirlərini qırıb, müasir tarixin ən yadda qalan gününü yazdılar. Nəticədə böyük bir tufan qopdu, böyük azəri xalqı İslam və İrana şövq dolu qəlblər ilə öz İslam və İran kimliklərinə, şəxsiyyətlərinə qayıtmaq münasibəti ilə İran və İslama sevgi bildirən şüarlar deyərək, İran sərhədlərinə üz tutdular. Tikanlı tellər və Arazın buz kimi soyuq suyu da xalqın iradəsinə mane ola bilmədi.

 

Azərbaycan tarixinin mühüm nöqtələrindən hesab olunan bu hadisədən üç il sonra sabiq Sovet rejiminin zirək və siyasətcil köhnə kadrlarından biri müsəlman azəri xalqının öz həqiqi kimliklərinə qayıtmaq istəyini duyur və anlayır ki, əgər bu hadisənin dini yönləri, qəhrəmanlıq ruhu silinməsə, yeni müstəqil olmuş Azərbaycanın tarixini dəyişmək və ona yeni saxta bir milliyyət hazırlamaq olduqca çətinləşəcək; digər bir tərəfdən onlar üçün böyük təhlükələr yaranacaq.

 

Elə bu səbəbdən bildirir ki, xalqın uyğun hadisə zamanı mövcud ruhiyyəsinin səbəbi İslam və İran sevgisi yox, əksinə nasionalist hisslər olub. Elə buna görə də bu günü Arazın iki tərəfindəki azərilərin birləşməsi günü adlandırmaq lazımdır.

 

O həmçinin bilərəkdən bu böyük hadisənin tarixini 19 yanvardan 31 dekabra dəyişdi. Öz xam xəyallarında bu işi ilə xalqın öz kimliyinə qayıtmaq üçün yaratdığı bu böyük həqiqəti yeni il bayramlarının kölgəsində qoyacağını güman etdi. Əlbəttə o daha sonralar öz zirəngliyindən istifadə edib dedi ki, birləşməkdən danışanlar bir yığın dəlidirlər.

 

Biz Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin müəllimləri, tələbələri Qafqaz tarixi üzrə mütəxəssis olan Ərdəbilin imamcüməsi Doktor Seyid Həsən Amilinin 2014-cü il yanvarın 17-si cümə xütbəsində ürək yanğısı ilə və tam yerində 19 yanvarı dünya müsəlman azərilər günü elan etməsini müsəlman azərilərin dini və tarixi şəxsiyyətlərinin dirçəlməsi üçün atılmış dəyərli addım hesab edirik. Cənab Dr. Ayətullah Amilinin müsəlman millətlərin kimliyini hədəfə alan və tarix həqiqətlərini dəyişdirməyə çalışan cərəyanlara qarşı yorulmaz mübarizəsindən qədirdanlıq edirik və onun seçdiyi düzgün və dəqiq mövqesini himayə etdiyimizi bildiririk; həmçinin uyğun günün rəhmət və şəfqət Peyğəmbərinin (s) təvəllüdü ilə eyni günə təsadüf etməsini Uca Allahın müsəlman Qafqaz xalqına və bütün müsəlman azərilərə xüsusi lütfü və diqqəti hesab edirik.

 

Hazırkı dövrdə dünya azəriləri Allah Rəsulunun (s), Əmirəl-mömininin (ə) pak sülaləsindən və Həzrət Zəhranın (s) övladlarından olan, Azərbaycanın fəxri Həzrət Ayətullahul-üzma İmam Xameneini öz rəhbərləri bilirlər.

 

Biz özləri özlərini rəhbər adlandıran azəriləri, azəri nəslinin kimliyini yenidən və dəqiq mütaliə etməyə və onun dünənini və bü gününü düzgün öyrənməyə çağırırıq.

 

Biz bütün dünya azərilərini, Azərbaycan diasporasından, Azərbaycandakı, Rusiya, Türkiyə, Ukrayna, Avropa və Amerikadakı mühüm azəri şəxsiyyətləri dünya müsəlman azərilərin uca şəxsiyyətini, həqiqi kimliyini diriltmək üçün mövcud imkanlardan istifadə etməyə və hər ilin 19 yanvarını "Dünya Müsəlman Azərilərin Birlik Günü" kimi qeyd etməyə çağırırıq.

 

Biz Şah İsmail Səfəvinin məzarı kənarından Arazın o tayındakı azərilərə alovlu salamlar göndəririk.

 

Cənab Heydər Əliyevin bir vaxtlar dediyi sözü Azərbaycanın indiki başçılarına xatırladırıq: "Azərbaycan əhalisinin 70 faizi Ərdəbil əsillidirlər." Yəni Ərdəbil Arazın o tayındakı azərilərin həqiqi vətənidir. Əhli-beytə (ə) eşq, xüsusi ilə İmam Hüseyn (ə) sevgisini bu diyardan irs götürüblər. İmam Hüseynlə (ə) doğulublar, Hüseynlə (ə) yaşayıblar və inşallah "ya Hüseyn" zikri ilə bü günlərini və sabahkı tarixlərini öz həqiqətinə doğru yönəldəcəklər. Onlar Əhli-beytə (ə) eşqlərini heç kəsə, xüsusi ilə nasionalistlərə, irqçilərə satmayacaqlar.

 

Biz bütün dünya azərilərini, həqiqi kimliyini diriltmək üçün mövcud imkanlardan istifadə etməyə və hər ilin 19 yanvarını "Dünya Müsəlman Azərilərin Birlik Günü" kimi qeyd etməyə çağırırıq
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap