Aşura qadağaları sərtləşib
Posted on : Tarix 10/16/2017 1:00:16 PM
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
S.Bağırov bildirib ki, oktyabrın 12-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.