İMAM HÜSEYNƏ (Ə) MƏXSUS FƏZİLƏTLƏR – HÜSEYN SEVGİSİ
Posted on : Aşura 10/16/2017 1:00:34 PM
İMAM HÜSEYNƏ (Ə) MƏXSUS FƏZİLƏTLƏR – HÜSEYN SEVGİSİ
Şəhidlər sərvəri
imam Hüseynin (ə) bir sıra xüsusiyyətləri vardır ki, məhz o həzrətə məxsusdur.
Həmin xüsusiyyətlərdən biri də budur ki, imam Hüseynə (ə) sevgi və məhəbbətin hərarəti
möminlərin qəlbində həmişəyaşardır. Bu özəlliyi və onun qiyamət gününə qədər
yaşayacağını İslam Peyğəmbərinin dilindən eşidək. O həzrət buyurur:
اِنَّ لِقَتْلِ الْحُسَيْنِ (ع) حَرَارَةً فِي
قُلُوبِ الْمُؤْمِنِينَ لَا تَبْرَدُ اَبَدًا
“Möminlərin qəlblərində Hüseynin
qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq!” (“Xəsaisül-Hüseyniyyə”, səh.70; “Müstədrəkül-vəsail”, 10-cu
cild, səh.318.)
اِنَّ لِلْحُسَيْنَ مَحَبَّةً مَكْنُونَةً فِي قُلُوبِ الْمُؤْمِنِينَ
“Həqiqətən,
möminlərin qəlblərində Hüseynə gizli məhəbbət vardır!” (“Xəsaisül-Hüseyniyyə”, səh.48.)
اِنَّ لِلْحُسَيْنِ فِي بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً
مَكْنُونَةً
“Həqiqətən,
möminlərin qəlblərində Hüseynlə gizli tanışlıq vardır!” (“Biharul-ənvar”, c. 43, səh.43.)
Bütün məsumlar
fəzilətdə – elm, qüdrət, şücaət, ilahi vəzifələrinin icrasında və s. xüsusiyyətlərdə
bir-birinə bənzəyirlər. Necə ki, “Camieyi-Kəbirə” ziyarətində oxuyuruq:
وَأَنَّ أَرْوَاحَكُمْ وَنُورَكُمْ وَطِينَتَكُمْ وَاحِدَةٌ طَابَتْ
وَطَهُرَتْ بَعْضُهَا مِنْ بَعْضٍ خَلَقَكُمُ اللَّهُ أَنْوَاراً فَجَعَلَكُمْ
بِعَرْشِهِ مُحْدِقِينَ حَتَّى مَنَّ عَلَيْنَا بِكُمْ فَجَعَلَكُمْ فِي بُيُوتٍ
أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ
“...Həqiqətən,
sizin ruhlarınız, nurunuz və fitrətiniz vahid, pak-pakizə, təmiz və bir-birinin
eynidir. Allah sizi parlaq nur xəlq etmişdir. Sonra Öz ərşi-əlası ətrafında
dövr edən halda yerləşdirmişdir. Nəhayət, sizin vücudunuzla bizə minnət və haqq
qoymuşdur. Allah sizi Öz adının zikr edilib ucaldılmasına izn verdiyi evlərdə
yerləşdirmişdir...” (“Mən-la yəhzuruhul-fəqih”,
2-ci cild, səh.613.)
Həmin evlər ki,
Allah-Taala Qurani-Kərimin “Nur” surəsinin 36-cı ayəsində onlardan söz
açmışdır:
فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ
يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ
“(Bu
ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada
Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların
məqbərələrin)dədir ki, orada səhərlər və axşamlar Onu pak sifətlərlə mədh
edərlər.”
Amma insanların
imam Hüseynə (ə) eşq və məhəbbəti özünəməxsusdur. Hər il Məhərrəm ayında
keçirilən əzadarlıq məclisləri, Nəcəfi-Əşrəfdən və digər məntəqələrdən Kərbəlaya
doğru “Ərbəin yürüşü” bunun canlı nümunəsidir.
(Maide.az)