Kərbəla vaqiəsi və İmam Hüseynin (ə) rəhbərlik məharəti
Posted on : Aşura 10/16/2017 1:00:17 PM
Kərbəla vaqiəsi və İmam Hüseynin (ə) rəhbərlik məharəti
Aşura hadisəsi
böyük faciə olaraq bizlərə əvəzolunmaz dərslər vermişdir. Əba Abdullah (ə) üçün
tökülən göz yaşlarından ibrət götürmək lazımdır. Bu hadisədən götürməli
olduğumuz dərslərdən biri də İmamın (ə) Aşura günü göstərdiyi rəhbərlik məharəti
idi. Öz nəfsinə rəhbərlik etməkdən tutmuş, ətrafdakılara və mühitə, zamana də
çox gözəl rəhbərlik nümayiş etdirmişdir.
Hər bir insan həyatı
boyu eniş və yoxuşlarla üzləşir. Bu zaman ən mühüm olan məsələ - vəziyyəti necə
idarə etməkdir. Əgər insanın qərar tutduğu vəziyyətdən kamil agahlığı olsa, bu
çətin vəziyyətdən rahatlıqla keçə bilər. Ancaq əksinə, əgər özünü idarə edə
bilməzsə və düzgün qərarlar çıxartmazsa – o zaman xoşagəlməz hadisələrlə
rastlaşar.
O insan ki,
kamal yolunda qərar tutar, öz nəfsini gözəl şəkildə idarə edə bilər. Əgər nəfsinə
hakim olmağı bacararsa, o zaman həyatdakı hədəfini da tanıyar. Çünki nəfsi istəklər
onun hədəfini məhdudlaşdırar. İnsan əgər nəfsinə hakim olarsa, başa düşər ki, hər
nə istəyirsə, haqq deyildir. Onun istəkləri gərək Allah rizasını qazanmaq
yolunda olsun.
Əgər Aşura
hadisəsinə nəzər salsaq, İmamın (ə) necə öz nəfsini idarə etdiyinin və nəfsinə
necə hakim ola bildəyinin şahidi olarıq. İmam (ə) özü buyururdu ki, qiyamının hədəflərindən
biri insani kəramət və şərafəti dirçəltməkdir.
İmam 57 yaşında
İlahi bir həyat sürmüşdü və nəfsinə rəhbərlik etməyi özü üçün hədəf qərar
vermişdi. O, İmam Əlinin (ə) tərbiyəsini görmüş və atasının necə çətin şəraitlərdə
özünə hakim olmasının şahidi olmuşdur. Əmirəl-möminin (ə) bu ağır şəraitlərdə nəfsinə
elə hakim olardı ki, həm ibadət mehrabında, həm döyüş meydanında, həm yetimlərin
məsələlərini həll edən zaman... – həmin Əli (ə) idi və başqa zamanlardan heç
bir fərqi olmurdu. Çünki hər bir şəraitdə insanı dəyərlərə sadiq idi.
İmam Hüseyn (ə)
də əziz atası kimi Kərbəlanın ağır şəraitində baxmayaraq ki, ən əziz insanlarını
əldən vermişdi, düşmən onun heç bir sözünə qulaq asmırdı, lakin qərar tutduğu vəziyyətə
çox gözəl rəhbərlik edirdi. (Tebyan)
İstər bacısının
vəzifələri, istər qardaşı və qardaşı uşaqlarının vəzifələri, istərsə də səhabələrinin
vəzifələrini aydın dillə onlara bəyan edir və onları vəziyyətin ciddiliyindən
agah edirdi. Bu da ətrafında olanların vəziyyətlə bağlı maariflənməyinə səbəb
olurdu. Onlar öz rəhbələrinə o qədər etimad edirdilər ki, özlərini yaddan
çıxardır və dini vəzifələrindən başqa bir şey düşünmürdülər. Budur həqiqi rəhbərlik
məharəti! Deməli, insan o zaman ətrafında olanlara gözəl rəhbərlik edə bilər
ki, əvvəl öz nəfsinə rəhbərlik etməyi bacarsın.
Allah bizlərə də
nəfsimizə hakim olmaq məharətini nəsib etsin!/deyerler/