header

 Kərbəla qatilləri seriyasından: Havli bin Yezid Əsbəhi

Kərbəla qatilləri seriyasından: Havli bin Yezid Əsbəhi

Havli bin Yezid Əsbəhi Aşura günü İmam Hüseynin (ə) uşaqlarını və köməkçilərini öldürən qatillərdən biridir. Bəzi rəvayətlərə əsasən, İmam Hüseynin (ə) başını kəsən şəxslərdəndir.

 

Həyatı

 

Nə zaman anadan olduğu məlum deyil. Tanınmış bir nəslin nümayəndəsi deyil və tarixi kitablarında qeydiyyata düşməyib. Atası Yezid Əsbəhidir və Humeyr qəbiləsindən olduğu bildirilir. Adı Aşura hadisəsində zikr edilir və İmam Hüseynin (ə) qatillərindən biri kimi sayılır. Muxtar Səqəfinin adamları tərəfindən hicrətin 66-cı ilində öldürülüb.

 

Aşura günü

 

Havli bin Yezid Cəfər ibn Əli və Osman bin Əlinin qatili kimi də tanınır. İmam Hüseyn (ə) aldığı yaralardan yorulub taqətsiz hala düşdükdə Havli Şimrin və Sinan bin Malik bin Ənəs Nəhainin təhrikləri ilə İmamın başını bədənindən ayırmağa çalışıb, ancaq əl və ayaqları titrəməyə başlayıb və Həzrətin başını kəsə bilməyib. Sinan ona hirslənərək özü İmamın (ə) başını kəsib. Bəzi tarixçilərin rəvayətinə görə, İmam Hüseynin (ə) başını Havli bədənindən ayırıb, ancaq tarixçilərin çoxu onu İmam Hüseynin qatillərindən hesab olunmasına baxmayaraq, başını kəsdiyini qeyd etməyiblər.

 

Aşuradan sonra

 

Nəql edildiyinə görə, Ömər bin Səd İmam Hüseynin (ə) kəsik başını Havli bin Yezid Əsbəhiyə verib və ordudan əvvəl Kufəyə gedərək Ubeydullah bin Ziyada göstərməsini, İmam Hüseynin (ə) öldüyünü ona xəbər verməsini istəyib. Havli gecə vaxtı Kufəyə çatıb və gecə evində yataraq, səhər Darul-İmarətə getmək istəyib. O, İmam Hüseynin (ə) kəsik başını evinə aparıb və nəql edildiyinə görə təndirə qoyub. Hadisədən xəbər tutan Havlinin həyat yoldaşı buna görə ona lənətlər yağdırıb. 

 

Ölümü

 

Muxtar Kufəyə hakim olduqdan sonra Kufənin hərbi qüvvələr komandiri Əbu Ümrə Keysanini İmam Hüseynin (ə) qatillərinin dalınca göndərir. Bunlardan biri də Havli bin Yezid idi. Havli Muxtarın adamlarının evinin qarşısında olduğunu bildikdə, tualet quyusunda gizlənir. Əbu Ümrə Keysani onun həyat yoldaşından Havlinin yerini soruşur. Etdiyi əmələ görə onsuz da Havlidən nifrət edən həyat yoldaşı ərinin yerini ona göstərir. Muxtarın adamları onu bayıra çıxararaq Muxtarın hüzuruna aparırlar. Muxtar Havlini evinin yaxınlığında öldürülməsini və cəsədinin yandırılmasını əmr edir.

Kərbəla qatilləri seriyasından: Havli bin Yezid Əsbəhi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap