Mühəqqiq Ərdəbili Universitetində Nardaran şəhidlərinin birinci ildönümü mərasimi keçirildi - Foto
Posted on : Ərdəbil 10/16/2017 1:00:19 PM
Mühəqqiq Ərdəbili Universitetində Nardaran şəhidlərinin birinci ildönümü mərasimi keçirildi - Foto
Nardaran şəhidlərinin
birinci ildönümü mərasimində cənab Qazidehi dedi: “Kommunistlər Azərbaycanın
müsəlman xalqına qarşı etdikləri bütün diktatorluqları ilə bu xalqı öz dinindən
ayıra bilmədi. Azərbaycan dövləti də bu xalqı İmam Hüseyndən (ə) və Aşuradan
ayıra bilməyəcək”.
Nardaran şəhidlərinin
birinci ildönümü mərasimi Qafqaz Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Mühəqqiq
Ərdəbili Universitetində müəllimləriin və tələbələrin iştirak ilə keçirildi.
Mərasimin
natiqi Məhəmməd Qazipur İran və Azərbaycan Respublikası arasında tarixi və dini
ortaqlıqlara toxunaraq dedi: “Kommunistlər 70 illik hökumətlikləri boyu Azərbaycanın
müsəlman xalqının dini ilə mübarizə apardı. Ancaq bu xalqın dinə bağlılığını zərrə
qədər də azalda bilmədi. Azərbaycan dövləti də bu ölkənin mömiin xalqını
Əhli-beytdən (ə) və dini etiqadlarından uzaqlaşdıra bilməyəcək. Biz Azərbaycan
dövlətinə tövsiyə edirik ki, şiələrin potensiallarından işğal olunmuş ərazilərinizi
azad etmək üçün faydalansın”.
Natiq çıxışının
davamında ötən il Nardaranda baş vermiş hadisəyə toxunaraq dedi: “Azərbaycanın
mərkəzi dövləti ötən il baş vermiş hadisəni bir xəbərdarlıqla da idarə edə bilərdi.
Ancaq bir neçə amil birləşərək Azərbaycan dövlətini bu məsələ ilə şiddətli
qarşılaşmasına yönəltdilər, bu hərəkəti terrorçu hərəkət və dövlət əleyhinə
çevriliş adlandırdılar. Ötən il baş verən Nardaran hadisəsini daha yaxşı başa
düşmək üçün aşağıdakı dörd mövzuya diqqət etmək lazımıdır:
Nardaran məntəqəsini
tanımaq
“Müsəlman
Birliyi Hərəkatı”nın sədriHacı Tale Bağırzadəni tanımaq
Azərbaycanın mərkəzi
hakimiyyətini tanımaq
Azərbaycandakı
dini qurumları tanımaq
Nardaran,
Bakının 25 km-də yerləşən bir məntəqədir. Onun 9000-əyaxın əhalisi vardır. Bu məntəqə
Sovetlər Birliyinin parçalanmasından sonra Azərbaycan Respublikasının müstəqillik
əldə etdiyi ilk vaxtlardan mərkəzi hökumətin qəzəbinə düçar olmuş və bütün
imkanlardan məhrum edilmişdir. Burada çoxlu əhali yaşamasına baxmayaraq hələ də
Nardaran məntəqəsinə “kənd” deyilir. Heydər Əliyev hökumət başına gəldikdən
sonra Nardaran ən adi rifah və məişət ehtiyaclarından da məhrum edilmişdir və hələ
də qədim üsulla idarə olunur.
Tarixi və elmi
mənbələrə diqqət etməklə Nardaranın adı “nurdaran” sözündən götürülmüşdür. Bəziləri
də deyiblər ki, bu məntəqədə çoxlu nar ağacları olmuşdur və Nardaran
adlanmasının səbəbi də ona görədir. Əlbəttə, bu düzgün deyil və bu iddia ümumi
fikri Nardaranın həqiqətindən yayındırmaq üçün ortaya atılmışdır.
Bu məntəqənin əhalisi
sadiq və doğruçu möminlərdir, kommunistlərin 70 illik repressiya hökuməti
dövründə də öz etiqadlarını qoruyub saxlayıblar. Ona görə də bu yerin adı
“nurdaran” sözündən alınması daha çox düzgünlüyə yaxındır.
Nardaranın
iftixarı burada dəfn olunmuş İmam Musa Kazimin (ə) qızı və Əli ibn Musər-Rzanın
(ə) bacısı Bibi Rəhimə Xatunun vücudu ilədir”.
Aran radiosunun
Xaricə Yayım bölməsinin direktoru daha sonra dedi: “Nardaranı digər məntəqələrdən
seçən və ona üstünlük verən məsələlərdən biri də buranın əhalisinin dini
inanclarıdır. Hələ qədim dövrlərdən Rəhimə Xatun hərəmində geniş şəkildə Məhərrəm
və Səfər əzadarlıqları keçirilmiş və Azərbaycanın hər bir bölgəsindən əhali əzadarlıq
etmək üçün bu məntəqəyə toplaşmışdır. Stalin dövründə hökumət bütün dini təzahürlər
qadağan etmişdi. Ancaq Nardaran əhalisinin matəm mərasiminin qarşısını ala bilmədi”.
Mərasimin
natiqi çıxışının digər hissəsində Azərbaycan İslam Partiyasının yaradıcısı məhrum
Hacı Əlikram Əliyevdən bir xatirəyə işarə edərək dedi: “Hacı Əlikram Əliyev
deyirdi ki, 1937-ci ildə və Stalinin dövründə Qafqazın bir çox alim və ruhanilərini
Stalinin göstərişi ilə qətlə yetirdilər. Onlardan çoxu Nəcəf elmi hövzəsində təhsil
almışdı. Həmin il “qətl ili” adlandı. Biz İmam Hüseyn (ə) matəmini davam etdirmək
üçün musiqi alətləri götürərək toy adı ilə hər gün bir nəfərin evinə
toplaşırdıq. Küçələrin başında gözətçi qoyurduq ki, kimsə gələrsə, bizə xəbər
versin. Beləliklə, matəm saxlayırdıq. Əgər Stalinin məmurları gəlsəydi matəm məclisini
saxlayır və musiqi alətlərini onlara göstərirdik.
Aşura ədəbiyyatı
və şeri mövzusunda da Nardaranın əhəmiyyətli rolu olmuşdur. Hacı Şeyx Əli Tuti
Sovetlər Birliyinin dağılmasından öncə Aşura ədəbiyyatını dirçəldən şəxsiyyətlərdən
olmuşdur. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanın qəzəlşünas şairi mərhum
Mail Əliyev və Hacı Ələmdar Mahir Azərbaycan ədəbiyyatında intizar və məhdəviyyət
şerinin əsasını qoymuş və intizar barədə dərin və dəyərli şerləri yazmışlar”.
Məhəmməd
Qazipur sonra dedi: “Azərbaycanın şiə kimliyi vardır və olacaq. İstər İranın
bir hissəsi olduğu zaman, istərsə də İrandan ayrıldığı zaman bu kimlik davam
edir. İranda İslam inqilabının qələbəsi və İmam Xomeyninin (rh) İrana daxil
olmasından sonra İmam Xomeyniyə (ə) öz sevgilərini nümayiş etdirənlər və ona təqlid
edənlər Nardaranda özünü göstərdi. Bu müqəllidlər özlərinin bütün işlərini
bizim ölkəmizin şəraiti ilə uyğunlaşdırırdılar. Nardaran əhalisinin maddi və nəqd
köməklərini gizli şəkildə bizim ölkəmizin səfirinə təhvil verirdilər. Azərbaycanın
müsəlman xalqı İran İslam inqilabından örnək götürərək İslam Partiyası
yaratdılar. Bu partiya Azərbaycanda ilk müstəqil dini bir partiyadır və ölkə şiələri
onu dəstəkləyir. İslam Partiyası Qarabağ məsələsində ən çox xidməti olan bir
partiyadır”.
Qazidehi daha
sonra dedi: “Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Amerikanın bir qrup
məsləhətçisi və siyasətçisi Azərbaycanda iştirak etmək, bu ölkəyə necə kömək
etməyin mümkün olduğunu araşdırmaq məqsədilə Bakıya gəldi, bu ölkənin bütün
siyasi partiyaları, fəal təşkilatları ilə görüşdü. Bu qrup İslam Partiyasının
ofisinə gəlir və orada İmam Xomeyninin (ə) şəkilini, İmam Hüseyn (ə) bayrağını,
dini simvolları gördükdən sonra Amerikanın Azərbaycan Respublikası ilə əməkdaşlıq
etməsi üçün İslam Partiyasının ləğv edilməsini şərt qoyurlar”.
Aran radiosunun
Xaricə Yayım bölməsinin direktoru nitqini davam edərək dedi: “İkinci məsələ
“Müsəlman Birliyi Hərəkatı”nın sədri Hacı Tale Bağırzadəni tanımaqdır. Hacı
Tale Azərbaycanın gənc ruhanilərindəndir. O, Qum elmi hövzəsində təhsil almış və
iki il də Nəcəf elmi hövzəndə təhsilini davam etdirmişdir. Bakı dövlətinin
hicabı qadağan etməsindən sonra Azərbaycana qayıtmış və doktor Mövsüm Səmədov
kimi o da hicab qadağasına qarşı çıxaraq hökumətə etirazını bildirmişdir. Hacı
Tale hicab qadağasına etiraz etdiyi üçün həbs olunmuş və iki il azadlıqdan məhrum
edilmişdir. Həbsdən azad olduqdan sonra yenə öz fəaliyyətlərini davam
etdirmişdir. Həzrət Ayətullah əl-üzma Nuri Həmədani Azərbaycan Respublikasına səfər
etdikdən sonra bu ölkənin şiələri geniş şəkildə onu qarşıladılar. Hacı Tale də
Ayətullah Nuri Həmədaninin görüşünə gedir və onun əlindən öpür. O, bu görüşdə
Ayətullah Nuri Həmədanidən xahiş edir ki, hicab məhbuslarının azad olunması
üçün köməklik göstərsin. Bu hadisə və Ayətullah Nuri Həmədaninin səfəri ölkə
mediasında geniş şəkildə işıqlandırıldıqdan sonra bəzi medialar Hacı Tale İran
İslam Respublikasının casusu adlandırır.
Hacı Tale həbsdən
azad edildikdən sonra “Müsəlman Birliyi Hərəkatı”nı təsis etdi. Bu birliyin
bariz bir səciyyəsi var idi və o da şiə və əhli-sünnənin vəhdətindən ibarət
idi.Bu arada onu bir neçə dəfə polis idarəsinə çağırmış və dindirmişdilər. Çox
keçmədi ki, Nardaran hadisəsi baş verdi. Bu hadisədən bir il ötməsinə
baxmayaraq hələ də onun barəsində heç
bir hökm çıxarılmayıb.
Üçüncü məsələ
Azərbaycan Respublikasının hakimiyyətidir. Azərbaycan, İran ərazisinin bir hissəsi
olmuşdur, Gülüstan və Türkmənçay müqavilələrindən sonra İrandan ayrı düşdü.
SSRİ-nin parçalanmasından və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən
sonra indiyə kimi bu ölkədə dörd prezident hakimiyyətə gəlmişdir; Ayaz Mübəllibov,
Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev. Ayaz Mütəllibov təqribən bir il
hökumət başında oldu və o dövrdə müstəqillikdən sonra lazım olan işlərlə məşğul
oldu. Sonra Xocalı hadisəsi baş verdi. Bu hadisənin ardınca Ayaz Mütəllibov
Rusiyaya qaçdı və Əbülfəz Elçibəy Osmanlı dövlətinin dəstəyi ilə hakimiyyətə gəldi.Elçibəy
pantürk meyilli idi və İranla bərk müxalifət etdi. Nəhayət, Heydər Əliyev
hakimiyyətə gəldi. O, ilk illərdə öz hakimiyyətini möhkəmləndirmək üçün İranla
yaxşı münasibətlər qurdu və İslam Partiyası ilə də işi olmadı. Ancaq Amerikadan
gəlmiş siyasi heyətlə görüşdükdən və onlardan göstəriş aldıqdan sonra müxtəlif əsassız
bəhanələrlə İslam Partiyası ilə qarşılaşmağa başladı. İlham Əliyev də hakimiyyətə
gələndən sonra qərb ölkələri və sionist rejimə verdiyi öhdəliyə görə bu prosesi
davam etdirir. Hicab qadağası, Eurovision pozğun müsabiqəsi, məscidlərin
dağıdılması bu proses çərçivəsindədir.
Dördüncü məsələ
Azərbaycan Respublikasının dini qurumlarıdır. Azərbaycanda iki dini qurum fəaliyyət
göstərir. Onlardan biri dövlət qurumu, biri isə xalq qurumudur. Bu məntəqədə
Müsəlmanlar İdarəsi təşkil olunan zamandan indiyədək Allaşükür Paşazadə bu idarənin
on ikinci şeyxülislamıdır. Bu idarənin ofisi Bakı şəhərində yerləşir. Allaşükür
Paşazadə hakim ailənin qorunması üçün bütün təlaşını göstərmişdir. Bu proqram çərçivəsində
dövlətin bütün hərəkətlərini dəstəkləmişdir. Nümunə olaraq Hacı Taleyi xarici
ölkələrin casusu kimi tanıtmasını göstərmək olar. İkinci dini qurum Heydər
Əliyevin dönəmində yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Bu
komitənin mahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə təzyiq göstərməkdən ibarətdir
ki, əgər QMİ dövlətin göstərişlərindən boyun qaçırarsa, sözü gedən komitə dini
işləri öz nəzarətinə alsın.
Amma görəsən nə
üçün Nardaran hadisəsində dövlət xalqla bu qədər bərk və hiddətlə qarşılaşdı?
Bunun cavabında demək olar ki, bu dövlət hər hansı bir hərəkatın onun hakimiyyəti
təhlükəsi olmadığı təqdirdə onunla işi yoxdur. Nurçular, vəhabilər, talışlar və
digərləri bu cümlədəndir. İkinci nöqtə Azərbaycan hakimiyyətinin strukturunda
müxtəlif lobbilərin olmasıdır. Paşayevlər ailəsinin lobbiləri Mehriban
Əliyevanın hamisi, naxçıvanlılar lobbiləri İlham Əliyev ailəsinin hamisidir. Qərb
lobbiləri də Ramiz Mehdiyev vasitəsilə idarə olunur. Təəssüflər olsun ki, bu
lobbilər arasında islamçıların heç bir rolu yoxdur.
Üçüncü səbəb gənc
nəslin dinə təmayülüdür. Bunun bariz nümunəsini ötən il və bu ilin Tasua və
Aşura günlərində müşahidə olundu.
Dördüncü səbəb
isə bu ölkədə ağır xərclər bahasına başa gələn olimpiya oyunlarının keçirilməsi,
Eurovision müsabiqəsinin təşkili və bunun ardınca neftin qiymətinin düşməsi,
ölkənin böhranlı duruma düşməsidir. Böhranla üzləşmiş dövlət bundan yaxa
qurtarmaq üçün işçiləri işdən çıxarmağa, maaşları azaltmağa başladı. Bu da
xalqın narazılığına səbəb oldu və xalq dövlətə etiraz etdi. Dövlət etirazları
yatırmaq və xalqın ümumi fikrini əsas mövzudan yayındırmaq məqsədilə Nardaran
hadisəsini yaratdı və bununla da birincisi, özünün əsas düşmənləri olan Azərbaycan
şiələrini əzdi, ikincisi onları əzməklə digər müxaliflərinə özünü göstərdi,
üçüncü məqsədi isə ölkənin konstitusiyasında dəyişiklik etmək və referendum təşkil
etməklə əliyevlər hakimiyyətinin davamına zəmin yaratmaq idi.