header

 Ərdəbilin hüseynçi əhalisi 22 Bəhmən yürüşündə Azərbaycan Respublikası əhalisinə minnətdarlıq etdilər

 Ərdəbilin hüseynçi əhalisi 22 Bəhmən yürüşündə Azərbaycan Respublikası əhalisinə minnətdarlıq etdilər

İslam İnqilabının möhtəşəm qələbəsinin 41-ci ildönüm bayramı, 22 Bəhmən yürüşü, general Hacı Qasim Süleymani və silahdaşlarının şəhadətinin 40-cı günü münasibətilə bu gün saat 10-da bütün Ərdəbildə yürüş başladı.

Tashaio.com xəbər verir ki, bu il general Hacı Qasim Süleymaninin şəhadətinin 40-cı günü münasibətilə “Hüzur qəhrəmanlığı, xalqın əzəməti və qəlblərin sərkərdəsi” adlanmış 22 Bəhmən yürüşü İslam müqavimət cəbhəsinin bu mücahid şəhidinin yolunun İranın, xüsusilə də Ərdəbilin inqilabçı xalqı vasitəsilə davam etməsinin təcəlligahına çevrildi.

Bu ilki 22 Bəhmən yürüşü “böyük şeytana” ciddi, əməli və qəti bir xəbərdarlıq idi ki, bu inqilab elə də uzaq olmayan bir gələcəkdə və İslam müqavimət cəbhəsinin möhkəm iradəsi ilə Amerika işğalçılarının Qərbi Asiyadan qovulmasına səbəb olacaq.

22 Bəhmən yürüşündə Ərdəbilin hüseynçi və inqilabçı əhalisi “əsrin sövdələşməsi” planına qarşı da nifrətini bildirdi.

Bu ilin həyəcanlı yürüşündə Ərdəbilin şəhid yetişdirən əhalisi əllərində general Hacı Qasim Süleymaninin şəkillərini tutaraq bu uca məqamlı şəhidə sevgilərini nümayiş etdirdi. Ərdəbil əhalisinin ucaltdığı plakat və afişalar arasında Azərbaycan Respublikası islamçı məhbuslarının şəkilləri də var idi. Ərdəbillilər islamçı məhbuslara dəstək verdiyini və onlarla həmrəy olduğunu göstərirdi.

Habelə, bu yürüşdə Ərdəbilin vilayətçi əhalisi Azərbaycan Respublikası xalqının Amerika terrorçuları tərəfindən şəhid edilmiş general Hacı Qasim Süleymaniyə sevgilərinə görə minnətdarlıq etdilər.

İslam İnqilabının möhtəşəm qələbəsinin 41-ci ildönüm bayramı, 22 Bəhmən yürüşü, general Hacı Qasim Süleymani və silahdaşlarının şəhadətinin 40-cı günü münasibətilə bu gün saat 10-da bütün Ərdəbildə yürüş başladı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-12-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap