header

 Yaxın Şərq tarixində ilk dəfə: Azərbaycanlı gənclər...

 Yaxın Şərq tarixində ilk dəfə: Azərbaycanlı gənclər...

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir qrup gənc Yaxın Şərq tarixində ilk dəfə robot tibb bacısı hazırlayıblar.

Tashaio.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə layihədə iştirak edən bir generasiya şirkətinin rəhbəri Bəhzadə Kohənmi məlumat verib.

 

O qeyd edib ki, bu robot Güney Azərbaycan və İranda tibb bacılarına yardım etmək məqsədilə hazırlanıb.

 

Onun sözlərinə görə, “Həkim” adı verilən robot xəstəxanalarda koronavirusa yoluxanlara xidmət göstərəcək. Habelə yaxın gələcəkdə robotun geniş istehsalına başlanılacağını açıqlayıb.

 

Kohənmi yeni istehsal olunan robotun gələn həftə Ərdəbilin Xomeyni Xəstəxanasında quraşdırılacağını bildirib.

 

İnternetə bağlı olan robot mikrofon, durbin, səsgücləndirici, lazer termometr və bir sıra proqramlarla təchiz edilib. Sürətlə hərəkət edə bilən robotun dərman və yemək daşıma qabliyyəti var.

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir qrup gənc Yaxın Şərq tarixində ilk dəfə robot tibb bacısı hazırlayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-18-1398
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap