header

 Ayətullah Amili: Əzadarlıq mərasimləri Aşuranın ismarıcını daşımalıdır-Rövzədə yalandan çəkinmək lazımdır

Ayətullah Amili: Əzadarlıq mərasimləri Aşuranın ismarıcını daşımalıdır-Rövzədə yalandan çəkinmək lazımdır

Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi deyib: “Əzadarlıq mərasimləri Aşuranın ismarıcını daşımalıdır. Çünki rövzə oxumaqda yalan və sapınma düşmən tərəfindən izlənilir.

 

Tashaio.com xəbər verir ki, Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi Hüseynçi pirqulam Rəhim Heydərinin təqdir mərasimində deyib: “Allah, İmam Hüseyni (ə) şiələrə hədiyyə etməklə onlara bənzərsiz irs vermişdir. Bu irs xalis bir hərəkət olaraq bütün bəşəriyyətə çatdırılmalıdır”.

 

O, həmçinin deyib: “Mütəal Allah qiyamətdə düzgün dini tanıtmaq üçün o dini Hüseyndə (ə) tanıtmışdır”.

 

Əvvəlcə İmam Hüseyn (ə) təfəkkürü və mərifəti ilə tanış olmaq, sonra ondan söz açmağın zəruri olmasına toxunan Ayətullah Amili əlavə edib: “Bu məsələdə alim və şairlərin vəzifəsi daha ağırdır. Çünki İmam Hüseynə (ə) sevgi özü böyük birməktəbdir”.

 

Vəliyyi-Fəqihin nümayəndəsi İmam Hüseynə (ə) əzadarlıq mərasimlərinin həssaslığını xatırladaraq KİV-in, xüsusilə də milli medianın bu mərasimləri işıqlandırmasında iştirakını zəruri hesab edib.

 

Ayətullah Amili qeyd edib ki, rövzələrdə İmamın (ə) qiyamının səbəbləri düzgün çatdırılmalıdır, o cümlədən o həzrətin Kərbəlaya tayfaçılıq məsələsinə görə getmədiyi açıqlanmalıdır:“Məddah İmamın (ə) tanınmış təfəkkürnü və düşmənin onun fəaliyyətini izlədiyi bir ideyanı tanıtmalıdır”.

 

Ayətullah Amili həmçinin deyib: “Vəhabilik addım-addım bizimlə hərəkət edir və bizim rəftarımızı izləyir. Dəfələrlə müşahidə olunmuşdur ki, vəhabilər məddahların səhvlərindən kliplər hazırlayıb və sosial şəbəklərdəpaylaşıblar”.

 

Vəliyyi-Fəqihin nümayəndəsi bəzən rövzələrdə sənədi olmayan, qaynağı bilinməyən və bilgisiz səsləndirilən fikirlərə da işarə edərək deyib: ““Kəbə, Kərbəlanın tozuna da çatmır, çünki Kərbəlanın Əbəlfəzi (ə) var”, yaxud həzrət Zeynəbin (s.ə) şücaəti həzrət Əbəlfəzin (ə) şücaətindən çoxdur” kimi sözlər düzgün deyil”.

 

“Belə açıqlamalardan əlavə, “Peyğəmbərin (ə) həzrət Əbəlfəzə (ə) xatir dünyaya gətirilmişdir” kimi sözlər sapınmanın nümunəsidir və məddahlar bilməlidirlər ki, onlar öz sözləri ilə dünya ilə danışırlar”-deyə Ayətullah Amili vurğulayıb.

Ayətullah Amili: Əzadarlıq mərasimləri Aşuranın ismarıcını daşımalıdır-Rövzədə yalandan çəkinmək lazımdır
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap