Maide.Az "imamhussain.org" saytına istinadla xəbər verir ki, ötən gün məğrib və işa namazından sonra İmam Hüseynin (ə) pak ziyarətgahının günbəzi üzərindəki bayrağın dəyişidirilərək Məhərrəmlik ayı münasibətilə matəm (qara) bayraq asılması mərasimi keçirilib.
Müqəddəs Məhərrəmlik ayının ilk gecəsi ərəfəsində təntənəli tədbir çərçivəsində və İmam Hüseyn (ə) zəvvarlarının, bir sıra dini, siyasi və elm xadimlərinin iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının günbəzi üzərindəki bayraq dəyişdirilib.
Həzrət İmam Hüseyn (ə) günbəzi üzərində daim dalğalanan qırmızı bayraq şəhidlik və intiqam simvolu daşıyır.