header

 Ərdəbildə 19 Yanvar dünya müsəlman azəriləri günü mərasimi keçirildi - Foto

Ərdəbildə Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Seyid Həsən Amilinin iştirakı ilə “19 Yanvar Dünya Müsəlman Azərilər Günü” münasibətilə mərasim keçirilib.

“19 Yanvar Dünya Müsəlman Azərilər Günü”nün uca tutulması məqsədilə Ərdəbildə mərasim təşkil olunub. Xətai salonunda keçirilən mərasimdə Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili, Ərdəbil əyalətinin icra aparatlarının başçıları, ziyalılar, ruhanilər və əhalinin müxtəlif sinifləri iştirak edib.

Mərasimdə Səhər Azəri televiziya kanalının direktoru Abdullah Bəhrülülumi çıxış edib. O, deyib: “19 yanvar hadisəsi adi tarix hadisəsi deyil. Bu hadisənin bütün dünya böyük bir ismarışı vardır və o, Azərbaycan Respublikası xalqının iranlılıq sevgisi və ortaq mənəviyyatının nümayişidir.

Azərbaycan Respublikası xalqı 70 il vətəndən uzaq düşdükdən sonra öz vətəninin qucağına qayıtdı, amma təəssüf olsun ki, bu tarix təhrif edilir.”

Abdullah Bəhrülülumi vurğulayıb: “20 yanvarda Azərbaycan əhalisinin qətliam edilməsi, bu xalqın iranlılıq sevgisi və dini təmayüllərinə qarşı yönəlmişdi.”

Hadisənin baş verdiyi zamanları xatırladan kanal direktoru deyib: “Bu hərəkət Naxçıvandan başladı. O zaman Türkiyə Azərbaycan xalqını özünə cəzb etmək istəyirdi. Lakin Azərbaycan xalqı öz vətənini, yəni İranı seçdi.”

Bəhrülülumi daha sonra 19 yanvar hadisəsinin təhrifinin qarşısını alan proqramların hazırlanmasını istəyib və eyni zamanda bu istiqamətdə ilk addımı atmış Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Amiliyə təşəkkür edərək deyib: “Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Amilinin bu barədə tövsiyələri çox dəyərlidir və tarixin təhrif olması qarşısında müqavimət üçün yol göstərir.”

 

 

 

 

  

  

 

 

 


Ərdəbildə Vəliyyi-fəqihin nümayəndəsi Ayətullah Seyid Həsən Amilinin iştirakı ilə “19 Yanvar Dünya Müsəlman Azərilər Günü” münasibətilə mərasim keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap