header

 Şah İsmayıl Xətainin xanımının Osmanlı Sultan Səlimə əsir düşməsi iddiasına cavab - VİDEO

"O bütün ömrünü o Şah İsmayılın sarayında yaşayır. Şah İsmayıl vəfat etdikdən sonra isə 13 yaşlı Təhmasibin əlindən yapışaraq taxta çıxardır. Bu qədər Səfəvi sarayında nüfuzlu biri idi."

Daim müzakirə mənbəyi olan və insanlara söylənilən bir əhvalat var: Guya Çaldıran döyüşündə Şah İsmayılın həyat yoldaşı Taclı xanım Osmanlılara əsir düşüb. Bunu Osmanlı tarixçiləri daim xatırlatmağa çalışırlar. Onlar yazırlar ki, guya bu xanım əsir götürülüb və sonra da Türkiyədə bir adamla evləndirilib. Türkiyədə yayımlanan verlişlərin birində tarixçi alimlər bu hadisənin əslini və nə üçün bu cür əhvalatın yaranmasını açıqlayıblar. Tarixçilərdən biri Taclı xanımın Çaldıran döyüşündən əvvəl və sonrakı vəziyyəti barədə belə deyir: "Çaldıran döyüşündə Taclı xanım da iştirak edirdi. Taclı xanım Mosuldan idi və bir türkmən qızı idi.

 

Döyüş zamanı xanımın da o iğtişaşlar zamanı yoxa çıxma halı var. Amma 1 gün sonra onun Xoy yolunda tapıldığı deyilir. Taclı xanım Xoy yolunda tapıldıqdan sonra bütün ömrünü Şah İsmayılın sarayında yaşayır. Şah İsmayıl vəfat etdikdən sonra isə 13 yaşlı Təhmasibin əlindən yapışaraq taxta çıxardır.(Təhmasib onun ögey oğlu idi)Bu qədər Səfəvi sarayında nüfuzlu biri idi. Şiraz yolunda vəfat edir. Yəni qocalaraq həyatdan köçür. Vəqfləri var. Bəs onun osmanlılara əsir düşmə hekayəsi haradan çıxıb? Bu ümumlikdə şərq tarixçiliyində var. Döyüşdən sonra qalib gəldikləri şahların qadınlarını da əsir götürmək məsələsi qabardılır. Sanki bu da bir qələbə kimi nəzərə çarpdırılır.

 

Biz tarixçi olaraq Taclı xanımın Osmanlılar tərəfində saxlanıldığı barədə heç bir tarixi dəlilə və sənədə malik deylik. Lakin ortada bir qaranlıq nöqtə var. Çaldırandan sonra Osmanlıların əlinə cəvahiratlar keçir. Elə bu cəvahiratlar bir ip ucudur. Bu cəvahiratlar Ağqoyunlu sultanlarına aid olub. Çox məşhur idilər. Sonralar Ağqoyunluların məğlubiyyətindən sonra Səfəvilərin əlinə keçir. Taclı xanımın Xoy yolu ətrafında tapılması və bu cəvahiratların( onun) Osmanıların əlinə keçməsi göstərir ki, onu əsir götüblərmiş, amma aparmağa cəsarətləri çatmayıb. Çünki bu cür nufuzlu bir xanımı aparıb Sultana necə təqdim edəcəkdilər? Ya ağlayıb ona yazıqları gəlib, ya cəvahiratlarını verib canını qurtarıb. Əsas məsələ budur ki, Taclı xanımın ölənə qədər Səfəvi sarayında yaşadığı barədə  dəqiq olaraq tarixi sənədlər var. " İslaminSesi həmin verlişi sizə təqdim edir. 

 

"O bütün ömrünü o Şah İsmayılın sarayında yaşayır. Şah İsmayıl vəfat etdikdən sonra isə 13 yaşlı Təhmasibin əlindən yapışaraq taxta çıxardır. Bu qədər Səfəvi sarayında nüfuzlu biri idi."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-19-2017
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap