header

 İmam Hüseyn (ə) ziyarətgahının günbəzi üzərində matəm bayrağının asılması mərasimi keçiriləcək

Hz. İmam Hüseyn (ə) günbəzi üzərində daim dalğalanan qırmızı bayraq şəhidlik və intiqam simvolu daşıyır.

Bugün  günortadan sonra İmam Hüseynin (ə) pak ziyarətgahının günbəzi üzərindəki bayrağın dəyişidirilərək Məhərrəmlik ayı münasibətilə matəm (qara) bayraq asılması mərasimi keçiriləcək. Bunu İmam Hüseyn (ə) ziyarətgahının rəhbərinin müavini Seyid Əfzəl-əlŞami bildirib. 
Seyid Əfzəl-əlŞam deyib ki, Müqəddəs Məhərrəmlik ayının ilk gecəsi ərəfəsində təntənəli tədbir çərçivəsində və İmam Hüseyn (ə) zəvvarlarının, bir sıra dini, siyasi və elm xadimlərinin iştirakı ilə İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının günbəzi üzərindəki bayrağın Məhərrəmlik ayı münasibətilə matəm əlaməti olaraq qara bayraqla əvəzlənməsi həyata keçiriləcək.
O əlavə edib ki, bu tədbirdə İmam Hüseyn (ə) zəvvarları və Hüseynsevərlərdən başqa, İraq xalq səfərbərlik qüvvələrinin bir sıra qəhrəmanları da iştırak edəcək və qara bayraq İmam Hüseyn (ə) matəmi ilə əlaqədar günbəzdəki qırmızı bayrağın yerini tutacaq.
Hz. İmam Hüseyn (ə) günbəzi üzərində daim dalğalanan qırmızı bayraq şəhidlik və intiqam simvolu daşıyır. 
 
 
Hz. İmam Hüseyn (ə) günbəzi üzərində daim dalğalanan qırmızı bayraq şəhidlik və intiqam simvolu daşıyır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:54 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap