header

 NAMAZ MÜKƏLLƏFİYYƏTDƏN(DİNİ VƏZƏFƏDƏN) ÇOX ŞƏRƏFLƏNMƏDİR

Əsl arxayınlıq və əsl can rahatlığı o zaman baş verir ki, insanın canı və ruhu torpaq əsarətindən qurtarsın, sonsuz bir varlıqla üzbəüz olsun, özünü müvəqqəti ləzzətlərdən daha yüksəklərdə görsün

Insanın yüksək olan dəyəri və şərəfi onun qazandığı ləyaqətlərdən asılıdır: Allah-Taalaya tapınmasından, ona ibadət etməsindən, tanrıilə dərdləşmə əlaqəsi yaratmasından,ona xəlvəti münacat etməsindən və bu münacatdan zövq almasından. Münacat adi danışmaq deyil, dərdini birinə açmaqdır. Mücat üçün Allaha yaxın olmaq lazımdır. Insan tanrıya yaxınlaşdıqdan sonra münacat dilini öyrənir ((və qərrəbnahü nəciyya- Məryəm surəsi, ayə 52)) [münacat edərkən özümüzə yaxılaşdırdıq].

Namazın əzəməti burdaca məlum olur: namaz insanı münacat və ibadət mövqeyində saxlamalıdır ki, bu dərdləşməkdən əmələ gələn nur və ilahi mərhəmət insanı saflaşdırsın. Şərabi-təhur deyilən içki də elə budur. ((Və səqahüm Rəbbühüm şərabən təhura, İnsan surəsi, ayə 21)) [Rəbbi onlara çox pak bir içki içirdəcəkdir].

Namazın nə olduğunu bir misalla bəyan etmək istəsək, ən yaxşı nümunə Peyğəmbər həzrətlərinin sözüdür. O demişdir: namaz qapı ağzından axan bir çaydır ki, insan gündə beş dəfə orada yuyunur. Günahı çirki təcəssümü hesab etsək, namaz onu təmizləyən sudur, pakedici, saflaşdırıcıdır. Bədəni iki gündən bir yumalı olsaq, ruhu gündə beş dəfə yumalıyıq. Bu, o deməkdir ki, ruh çox tez çirklənir, pas atır.

Qəlbin paslanaraq, pslandıqca,

 sirləri görməz olur.

Ey qaralmış qazan, rəngin danışır,

Üzünün rəngi içini də korlamışdır.

Bax namaz beləcə pak eləyir.namazın ruhu, canı ondadır ki, insan kiminlə danışdığını, kimin qarşısında durduğunu bilsin. Peğəmbər həzrətləri deyir: bəzən yetmiş il namaz qılanın namazı kimin qarşısında durduğunu bilənin iki rəkət namazı qədər deyildir. ((ma əqbəhə bir-rəcüli minkum ən yətiyə əleyhi sitətün o səbunə sənə, fəmayüqiməs-səlatə vahidətən bi-hüdudiha tammə)) [altmış- yetmiş yaşına çatsa da bircə dənə əsl namaz qılmayan, namazla Allah-Taalaya qovuşmayan, cismi düyada və ruhu başqa aləmdə seyr etməyən yaramaz]. ((səhibüd-dünya bi-əbdanin ərvahüha müəlləqətün bil-məhəllil-əla))(Nəhcülbəlağə, hikmət 147) [dünya ilə elə yanaşın ki, bədənləriniz burada, ruhunuz isə başqa aləmdə seyr etsin]. əsl namaz belədir və onların içində gecə namazının öz yeri var. gecə namazı gecə xəlvəti, gecə tənhalığıdır. Gecələr həm xəlvət, həm sükut danışır. Gecə ürək sözünü sir sahibinə açmaq zamanıdır. ((və əriz əsrarəkə əla sahibil-əsrar)) [sirlərini sir sahibinə aç]. Insanın yiyəsi var. onu yaradıb düyaya gətirən varlıq müəyyənləşdirdiyi çatmasını istəyir. Əlbəttə insanı bu yolda məqsədə çatdıran amilləri təmin edərək şərait yaratmışdır:((və lov əliməl-lahü fihim xeyrən lə-əsməənnəhüm))(ənfal surəsi, ayə 23) [əgər insanda qabiliyyət görsəm, öz başına buraxmaram].Bu düyanın qanunu belədir və kainatın zatında yerləşdirilmişdir. Mənəvi məqamlara yetişən şəxslər öz tanrılarına xəlvəti münacat eləmək, Allahın onlara verdiyi istedadı həyata keçirməklə bu məqama çatmışlar.

Nitq və bəyandan əlavə,

Insanın ürəyində yüz minlərlə ifadə vasitələri vardır.

Dərs oxumayan və savadı olmayan elə adamlar var ki, Tanrı ilə danışmağı bacarırlar.

Ilahi, ruhumuzu elə məqama çatdır ki,

Danışmadan söz cücərsin.

Əsl arxayınlıq və əsl can rahatlığı o zaman baş verir ki, insanın canı və ruhu torpaq əsarətindən qurtarsın, sonsuz bir varlıqla üzbəüz olsun, özünü müvəqqəti ləzzətlərdən daha yüksəklərdə görsün. Aişə deyir: namaz vaxtı yetişəndə Peyğəmbər(s) dərhal ((ərehna, ya Bilal)) [bizi arxayınlaşdır]deyə Bilala əmr edirdi. Yəni o həzrət Tanrıya münacat edəndə canı və ruhu sakinləşir, arxayınlaşırdı. İmam Səccad(ə) Allaha müraciət edərək ((və fi-münacatikə rovhi və rahəti)) [ilahi, sənə münacat edərkən arxayınlaşır, rahətləşirəm].

Namaz mükəlləfiyyətdən (dini vəzifədən çox şərəflənmədir. Peyğəmbərimiz deyir: üç şey insanın ruhunu arxayınlaşdırar, onu rahatlığa yetirər:

Biri, əli hər yerdən üzülmüş ac qarını doyurmaqdır. Bu, ləzzətli bir işdir. Adam hər dəfə onu xatırladanda həzz alır. Mənəvi ləzzətlər maddi ləzzətlərin xilafına olaraq yüksəliş istiqamətində hərəkət edir.

Ikincisi ((vəs-səlatü fil-leyli vən-nasü niyamün)) [camaat şirin yuxuda olanda ] gecə namazı qılıb Allaha münacat etməkdir, göz yaşı tökməkdir. Bu iş insanı son dərəcə arxayınlaşdırır.

Üçüncüsü mömin qardaşlarla görüşmək, onlarla ünsiyyətdə olmaqdır. Peyğəmbərimizin dediyinə görə bi işlər insane arxayınlıq, rahatlıq və sakinlik gətirər.

Imam Səccad (ə) gecəni səhərə kimi ibadət edirdi. Səhər açılanda Tanrıya müraciət edərək, gecə keçdi. Mən isə sənə ibadət etməkdən doymadım. Gecə namazı insanı ruhən gücləndirir. Həzrət Əli (ə) deyir: gecə namazı cismdən kəsib ruha artırmaqdır. O insanın ruhu güclüdür ki, minimum istəyi çox üksək səviyyədə olsun. Insan dünyaya gələndən sonra dünyanın müxtəlif cəhətlərionu özünə tərəf dartışdırır.hər insanın bir qiyməti var.bəziləri özünü ucuz satır.lakin elələri var ki, çox güclü iradə və müqavimət sahibidirlər və onları satın almaq olmaz.

Əmirəlmöminin Əli (ə) ((xüzu min əcsadiküm fə-cudu biha əla ənfüsiküm vəla təbxəlu biha ənha)) [cisminizdən qoparı, səxavətlə ruhunuza artırın və cismi istəklərinizə görə ruhunuzun inkişafına paxıllıq etməyin].

 

Rəvayətlərdə deyilir: Allahın ən çox qəzəb etdiyi adam o şəxsdir ki, çox yatır - ərəblər deyirlər ki, əgər çox yatmaqdan xeyir gəlsəydi, onda ölülər hamıdan çox taydalanardılar- və çox yeyib, içir. Bədən ağırlaşdıqda hərəkətdən qalar.

 Allah-Taala cismi və ruhu eləyaratmışdır ki, cismə təzyiq göstərdikdə ruh yüksələcək. Ruha təzyiq göstərildikdə isə cism dirçələcək. demək ruh və cism tərəzinin iki gözü kimidir. Cism çətinlik çəksə, insan gecə oyaq qalsa, ruhun gücü artacaq. ((innəl-qəlbə iza səfa səməə?)) [qəlb saflanmaqla yüksəlir]. Ruh günah işlərlə, əxlaqdan kənar görüntülərə baxmaq, haram yemək, pis əxlaqlı plmaq və s. vasitəsilə təzyiqə məruz qalsa cism yekələcək. cisl yekələşdikcə onu idarə edən ruh artıq olmayacaq. Buna görə də belə bir minik insanı istənilməz pis məqsədə aparacaqdır.

 

Əsl arxayınlıq və əsl can rahatlığı o zaman baş verir ki, insanın canı və ruhu torpaq əsarətindən qurtarsın, sonsuz bir varlıqla üzbəüz olsun, özünü müvəqqəti ləzzətlərdən daha yüksəklərdə görsün
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap