Müsəlman alimlərin 10 böyük ixtirası (Video)
Posted on : Məqalələr 10/16/2017 12:59:45 PM
İslam alimlərinin dünyaya 10 böyük töhvəsini təqdim edirik:
"SalamNews"a istinadən sizə müsəlmanların
10 böyük ixtirasını təqdim edir: 10. Cərrahiyyə Həkim əl-Zəhrəvi təxminən
1000 il əvvəl Avropada 500 il ərzində istifadə edilən "Cərrahiyə barədə əmək"
əsərini yazıb. Bundan başqa, cərrah maşasının ixtirası və pişik bağırsağının ən
yaxşı tikiş materialı olmağının kəşfi də ona məxsusdur. 9. Qəhvə İlk qəhvə
IX əsrdə Yəməndə hazırlanıb. O zaman qəhvə sufilərə gecə duaları zamanı gümrah
qalmaqda yardımçı olub. İçki tezliklə yaxın regionlara yayılıb və XVI əsrdə Avropaya
çatıb. 8. Uçan aparat Leonardo da Vinçi uçuş həyata keçirmək barədə xəyal
qurduğu zamana çox əsr qalmış Abbas ibn Firnas uçan aparat hazırlamaq üçün bir
neçə cəhd edib. O, qısa zaman kəsiyində işləyən ilk uçan aparatı IX əsrdə
ixtira edib. O, quş kostyumu və digər təchizat geyinərək, kütləyə elan edib:
"Bu qanadları yuxarı-aşağı hərəkət etdirərək, quştək uçacağam".
7. Universitet (ali məktəb) Dünyada ilk universitet 859-cu ildə Mərakeşin
Fəs şəhərində gənc şahzadə Fatimə əl-Fəhri tərəfindən təxminən 1200 il əvvəl açılıb.
Həmin universitet təhsil müəssisəsi kimi indiyədək fəaliyyətdədir.
6. Cəbr Cəbrin ixtirasında xidmət fars riyaziyyatçı əl-Xarəzmiyə məxsusdur. O,
800-cü illərdə bərabərlik anlayışını təklif edib. 5. Optika
1000-ci ildə İbn əl-Haysam tərəfindən ixtira olunana qədər insanlar gözlərin
işıq saçdığını və bunun sayəsində görə bildiklərini düşünüblər. Haysam isə həqiqəti
bərpa edib, o, əslində, gözlərin digər əşyalar və səthlərin saçdığı şüaları qəbul
etdiyini sübuta yetirib. 4. Musiqi Orta şərqdə müsəlmanlar musiqinin
inkişafına öz töhfələrini veriblər. Skripka ixtirasına təsir göstərən lyutnya
Avropaya müsəlman musiqiçilər sayəsində təqdim edilib. Bundan başqa, bu gün
istifadə edilən not şkalası ərəb əlifbasından götürülüb. 3. Diş fırçası
Təxminən 600-cü ildə Məhəmməd peyğəmbər (s) dişlərin təmizlənməsi üçün fırçadan
(misvak) istifadə edib. Budaqcıqların götürüldüyü bu ağac təravətləndirici
xüsusiyyətə malik olub. 2. Ling Tarixdə ilk dəfə dönmə hərəkətinin
xəttiyə çevrilməsi Orta Şərqdə XII əsrdə baş verib. Həmin vaxtdan indiyədək həmin
metoddan bütün dünyada ağır əşyaların qaldırılması, maşınsürmə və velosiped
hazırlanmasında istifadə edilir. 1. Xəstəxana Tarixdə məlum olan ilk xəstəxana
interpretasiyası müsəlman dünyasında IX əsrin sonunda meydana gəlib. İlk xəstəxanalar
təlim üçün şöbə və xəstələr üçün palatalardan ibarət olub.