Ali Dini Rəhbərin hüzurunda Ramazan ayının ilk Quran məclisi keçirildi
Posted on : Təqlid mərcələrinin 05/07/2019
Mübarək Ramazan ayının ilk gecəsində İmam Xomeyni Hüseyniyyəsində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən Qurani-Kərimlə dostluq və ünsiyyət məclisi keçirilib.
Mübarək Ramazan ayının ilk gecəsində İmam Xomeyni Hüseyniyyəsində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən Qurani-Kərimlə dostluq və ünsiyyət məclisi keçirilib.
Tashaio.com Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei mayın 6-sı axşam saatlarında keçirilən Qurani-Kərim ziyafətində etdiyi çıxışında bunları qeyd edib: “Quran bənzərsiz bir sənət əsəridir. Hər şeydən əvvəl qəlbləri maqnit kimi İslama doğru çəkən amil Qurani-Kərimin sənət tərəfidir. Bu sənət əsəri tətbiq olunmalıdır. Qurani-Kərim cəmlə oxunduqda dinləyicilər təsirlənməlidirlər. Burada sənət meydana çıxaraq, rolunu ifa etməlidir. Bu dinləyici sənətlə təsirlənə bilər. Eşitdiyimiz, bəyəndiyimiz və qəbul etdiyimiz tilavətlərin mənası budur. Təbii ki, bu Qurani-Kərimin sənət istiqamətinin düzgün şəkildə həyata keçirilməsindən asılıdır”.
Hazırda İslam dünyasındakı problemlərin birinin Quranı-Kərimə tabe olmamaq olduğunu bildirən Ali Dini Rəhbər, belə deyib: “Qurani-Kərim prezident və ya kral kimi millətlərinə səslənənlərin bəzilərinə əslində qarşı çıxmağı və güvənməməyi əmr etmişdir”.
Deyerler.org