header

 Bəzi Avropa ölkələrinin İrana münasibəti ABŞ-dan fərqli deyil - Ayətullah Xamenei

"Avropanın vədləri faydasızdır. Çünki Avropa ABŞ-ın sanksiyalarına riayət edir. Onlardan ümidinizi kəsin. Açıq düşmənçilik edən ölkələrə etibar etməməliyik. İran ABŞ və sionist rejimdən başqa bütün ölkələrlə əlaqələrə açıqdır."

Tashaio.com "leader.ir" saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib.

Ayətullah Xamenei bildirib ki, ABŞ-a dəstək verən bir neçə Avropa ölkəsi İrana qarşı açıq düşmənçilik edir.

"Bu ölkələrin İslam Respublikasına münasibəti heç də ABŞ-dan fərqli deyil. Onlar zahirdə vasitəçi kimi görünməyə çalışır və uzun müzakirələr aparırlar. Amma bütün bunlar sadəcə absurddur. Bu Avropa ölkələri bütün vədlərinə baxmayaraq praktiki olaraq ABŞ-ın sanksiyalarına riayət edir və heç bir əməli addım atmırlar. Bundan sonra da çətin ki, İran üçün bir şey edə bilələr. Onlardan ümidinizi kəsin. Get-gəl etmək, müqavilə bağlamağın heç bir maneəsi yoxdur. Ancaq bilin ki, onlara etibar etməməlisiniz. Müzakirə aparan şəxslər indi deyirlər ki, Avropa ölkələri öhdəliklərini yerinə yetirmirlər. Təkcə bu məsələ onlara heç vaxt etibar etməməyin ən güclü sübutudur."

"Avropanın vədləri faydasızdır. Çünki Avropa ABŞ-ın sanksiyalarına riayət edir. Onlardan ümidinizi kəsin. Açıq düşmənçilik edən ölkələrə etibar etməməliyik. İran ABŞ və sionist rejimdən başqa bütün ölkələrlə əlaqələrə açıqdır."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap