header

 BU GÜN BAKIDA AKSİYA OLACAQ

Vəzifəli şəxsləri həbs olunan "Kamran" MMC-nin payçıları bu gün Prezident Administrasiyasının (PA) qarşısında yenidən etiraz aksiyası keçirəcəklər.

Aldadılmış vətəndaşların iki tələbi var: ya evləri özlərinə qaytarılsın, ya da dəymiş zərərə görə təzminat ödənilsin.

Zərərçəkən Yeganə Hüseynova bildirir ki, onlar məhkəmənin qərarından narazıdırlar:

"Kamran" MMC-nin rəhbərləri payçıların vəsaiti hesabına inşa edilmiş çoxmərtəbəli binada mənzilləri aldatma yolu ilə təkrar vətəndaşlara satmışdılar. Odur ki, külli miqdarda özgə əmlakını ələ keçirmələri faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə onlar barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı. İstintaq tamamlandıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Bu məhkəmənin hökmü ilə tikinti şirkətinin vəzifəli şəxsləri həbs olundu. Hökmdə mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, "Kamran" MMC-yə məxsus bina üzərindən həbsin götürülməsi məsələsi də öz əksini tapdı.

Bu hökm bizim, yəni zərərçəkmiş vətəndaşların xeyrinə olmadığı üçün apelyasiya şikayəti verildi. Təəssüflər olsun ki, Bakı Apelyasiya Məhkəməsində bizim şikayətimiz və vəsatətlərimiz təmin olunmadı, hökm dəyişdirilmədən saxlanıldı. Biz bu hökmdən Ali Məhkəməyə şikayət etmişik. Yaxınlarda şikayətimizə baxılacağı gözlənilir".

Şikayətçi bildirir ki, aldadılmış payçılar Ali Məhkəmədən "Kamran" MMC-nin Yasamal rayonu, 3-cü Yeni Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 34 b ünvanındakı yaşayış binasına həbsin qoyulmasını tələb edəcəklər: "Hansı ki, biz o binadan mənzil almışıq. Məlum oldu ki, "Mur-Ay"MMC kimi "Kamran"ın da rəhbəri "Şaiq" Mənzil Tikinti Kooperativinin başçısı, tanınmış tikinti maqnatı, "Şərurlu İsfəndiyar" adı ilə tanınan İsfəndiyar Axundovdur. O, istintaq işi gedə-gedə payçıların çoxunu razı salmağı bacardı. Kimisinə ev, kimisinə dəymiş zərərə görə kompensasiya ödənildi. Gözlənilirdi ki, "Kamran"ın həbs olunan vəzifəli şəxslərinin daşınmaz əmlakı olacaq və onlar da satılaraq bizə dəymiş zərər ödəniləcək.

İndi də bizim evimizi "Şərurlu İsfəndiyar" başqa adamlara satır. Biz istəyirik ev, ya da kompensasiya ödənilməyənəcən mənzilimizin olduğu binaya həbs qoysun məhkəmə. Bu günə qədər 33 ailənin mülkiyyət hüququ pozulmaqda davam edir".

Bu problemin hüquqi həlli yolu ilə bağlı hüquqşünas Müzəffər Baxış bildirir ki, aldadılmış payçılara dəymiş zərərin ödənilməsi üçün Cəmiyyətin nizamnaməsində kifayət qədər vəsait olmalıdır: "Bu məsələni obyektiv, hərtərəfli istintaq orqanı və məhkəmə araşdırmalı idi. Belə ki, "Kamran"ın inşa etdiyi yaşayış binasının mənzillərini "Şaiq" MTK-nın təkrar satışa çıxarması müəmmalıdır. Əgər bu binada "Şaiq"in də əmlakı varsa, bu açıqlanmalı idi. Yaxud elə əvvəldən bu bina "Şərurlu İsfəndiyar"a məxsus olubsa, o da zərərçəkmişlərə görə məsuliyyət daşımalıdır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və məhkəmə instansiyalarının bu məsələni araşdırmaması və ictimaiyyətə açıqlamaması haqlı suallar yaradır.

Qanunla dövlətin özəl şirkətlərin fəaliyyətinə nəzarət mexanizmi mövcuddur, ancaq aldadılmış payçılara görə dövlət məsuliyyət daşımır".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən payçıların mülki iddiaları təmin olunur. Belə ki, müsadirə olunan əmlak iddiaçılar arasında bölünür və "Kamran" MMC-yə məxsus bina üzərindən həbs götürülür. Məhkəmə hökmündə cəmiyyətin rəhbəri Ələkbər Babayev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edildilər.

"Kamran" MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu sabiq deputat Gülər Əhmədovanın bacısı Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur.

"Kamran" MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.

Vəzifəli şəxsləri həbs olunan "Kamran" MMC-nin payçıları bu gün Prezident Administrasiyasının (PA) qarşısında yenidən etiraz aksiyası keçirəcəklər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:37 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap