İraq hizbüllahının İŞİD-ə qarşı mübarizə gücü və Amerikanın nigərançılığı
Posted on : Təhlil 10/16/2017 12:59:37 PM
Amerikalılar əl-Kətaib döyüşçülərinin qüdrətini və özlərinin yetirməsi olan İŞİD qruplaşmasının təhlükəsini tamamilə bilirlər.
1-
Iraq hizbüllah bataliyonlarının İŞİD-lə mübarizədə ardıcıl qələbələri və bu
hərəkatın böyük şeytan Amerika ilə müharibə etiqadı vaşinqtonun nigərançılığına
və bu bataliyonun İŞİD-ə qarşı mübarizəsinə mane olmaq üçün İraq dövlətinə təzyiq
göstərməsinə səbəb olmuşdur. İraqda hizbüllah bataliyonları adı ilə formalaşan
islam müqavimətinin İŞİD qruplaşması ilə döyüşdə qazandığı zəfərlər Amerikanın nigərançılığına
səbəb olmuşdur. Xüsusilə İŞİD-lə mübarizədə Kətaib-Hizbüllah döyüşçülərinin
iştirakına mane olmaq və İŞİD-in caynaqlarından qurtaran məntəqələrdən
Hizbüllah döyüşçülərinin çıxarılması cəhdi nəticəsiz qalmışdır. Islam müqaviməti
işləri üzrə bir ekspert Kətaib-Hizbüllah portalının müxbirinə demişdir:
Amerikalılar əl-Kətaib döyüşçülərinin qüdrətini və özlərinin yetirməsi olan
İŞİD qruplaşmasının təhlükəsini tamamilə bilirlər. Onlar həmin bataliyondakı
qüvvələrin təşkilatçılıq, mübarizə bacarıqlarını, silah-sursat imkanlarını və
saylarını çox yaxşı bilirlər.