Ayətullah Məkarim Şirazi: "İraqda yaşananlar mərcəiyyətin gücünü göstərdi"
Posted on : Təqlid mərcələrinin 10/16/2017 12:59:31 PM
"Düşmən şiənin qüdrətindən və nüfuzundan qorxur"
Ərdəbil Məhde Təşəyyo - ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, tanınmış mərcələrdən olan Ayətullah Məkarim Şirazi Qum Elm Hövzəsinin bir qrup müəllim heyəti ilə görüşüb.
Görüş zamanı Ayətullah Şirazi, düşmənlərin şiəliyə qarşı olmalarının səbəblərini belə izah edib:
“Çünki şiə hər sahədə ilk sözü deməkdədir. Daxili ixtilaflardan hamınızın uzaq olması lazımdır. Düşmən şiənin qüdrətindən və nüfuzundan qorxur. Şiə alimləri və mərcəiyyət məqamı düşmənin ən çox qorxduğu və ən çox itki verdiyi nöqtədir. Xüsusən İraqda yaşanan hadisələr nəticəsində mərcəiyyətin məqamının xalq üzərindəki gücü daha dəqiq formada hiss edildi. Düşmənin tələlərinə qarşı çox diqqətli olmağımız lazımdır.”