header

 Ayətullah Musəvi Ərdəbilinin dəfn mərasimi - FOTO

Tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin dəfn mərasimi keçirilib.

Mərhum Ayətullah Musəvi Ərdəbili Qumda həzrət Məsumənin (s) hərəmində dəfn olunub.

 

Dəfn mərasimində xeyli sayda insan iştirak edib. Dəfn mərasimindən öncə mərhum Ayətullah Musəvi Ərdəbilinin evində vida mərasimi təşkil olunub. Vida və dəfn mərasimində Ali Rəhbər Ayətullah Xameneinin Qumdakı ofisinin rəhbəri Ayətullah Məhəmmədi Qulpayqani, Ayətullah Cavadi Amoli, Ayətullah Subhani, Ayətullah Ələvi Bürucerdi, Ayətullah Müqtədayi, Ayətullah Ərafi, Ayətullah Əxtəri, Ayətullah Sistaninin nümayəndəsi Ayətullah Şəhristani, İslam İnqilabının banisi Ayətullah Xomeyninin (rə) nəvəsi Seyid Həsən Xomeyni, eləcə də İran prezidenti Həsən Ruhani, parlamentinin spikeri Əli Laricani və digər hökumət nümayəndələri qatılıb.

 

Mərhum Ayətullah Musəvi Ərdəbilinin namazı mərcəi təqlid Ayətullah Şübeyri Zəncani qılıb.

 

Qeyd edək ki, bu gün şam və işa namazlarından sonra Qumun Əzəm məscidində Ali Rəhbər Ayətullah Xamenei tərəfindən Ayətullah Hacı Seyid Əbdülkərim Musəvi Ərdəbilinin anım mərasimi keçiriləcək.

 

Xatırladaq ki, Ayətullah Musəvi Ərdəbilinin babaları Naxçıvanın Ordubad rayonundan Ərdəbilə köçüblər. Ərdəbili 1926-cı ildə Ərdəbildə kasıb bir ruhani ailəsində dünyaya gəlib. Kiçik yaşlarından anasını itirib. Ayətullah Ərdəbili ilk ibtidai və dini təməl dərslərini elə Ərdəbildə alıb. 1943-cü ildə müttəfiqlərin İrana daxil olduğu zamanda Quma təhsil almağa gedib. Müctəhid təhsilinin bir qismini də Nəcəfdə alıb.

 

Alimin 20-dən artıq fiqhi, əxlaqi və kəlam mövzularında əsərləri var.

 

İranda İslam İnqilabının baş tutmasında əksər ruhanilərin və müctəhidlərin rolu olduğu kimi Musəvi Ərdəbilinin də rolu olub.

 

İnqilabdan sonra İranda konstitusiyanın yazılmasında Ayətullahın əvəzsiz rolu olub.

 

İnqilabın ilk illərdində  müctəhid bir müddət ölkənin Ədliyyə sisteminə sədrlik etdi. İslam İnqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatından sonra Quma gedən Ərdəbili indiyə qədər də orada məskunlaşıb. 

 

Allah rəhmət eləsin!

 

O, Qum şəhərində Mufid universitetini və həmçinin Ərdəbildə "Əmirəl-möminin məktəbi" xeyriyyə müəssisəsini təsis edib. / Maide

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbilinin dəfn mərasimi keçirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap