Ayətullah Xamenei Ayətullah Quminin ölümüylə bağlı başsağlığı verdi
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:17 PM
Ayətullah Xoyinin tələbələrindən olan Ayətullah Quminin ölümüylə bağlı olaraq yazılı başsağlığı verən Ayətullah Xamenei bildirib...
“Khamenei.ir”-ə
istinadən, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Ayətullah
Təqi Təbatəbai Quminin ölümüylə bağlı başsağlığı verib.
Ayətullah
Xoyinin tələbələrindən olan Ayətullah Quminin ölümüylə bağlı olaraq yazılı
başsağlığı verən Ayətullah Xamenei bildirib: “Təqvalı fəqihlərdən olan Ayətullah
Təqi Təbatəbinin ölümüylə bağlı yaxınlarına, sevənlərinə və eləcə də Qum, Nəcəf
və Məşhəd elmi hövzələrinə başsağlığı verir və mərhum üçün Allahdan uca məqamlar
diləyirəm. Allah onu və bizi bağışlasın. Seyid Əli Xamenei.”