header

 Şiələri kafirlikdə ittiham edən vahabi baş hakiminə tutarlı cavab

Şiələri kafirlikdə ittiham edən vahabi baş hakiminə tutarlı cavab

Ayətüllah Şübeyri Zəncani Həkim Hidəcinin şagirdi axund molla Əli Məsumi Həmədanidən nəql edirərək deyir: mərhum Həkim  Hidəci bir yerə çıxmır, mənzilə fılana getmir hücrədə qalırdı. Onun çolu müridləri var idi. Onlar hücrəyə gəlirdilər. Mərhum axund Hmədani deyirdi: biz hücrədə olanda mühəndis Əbdürrəzzaqxan Büğayiri gəldi. Onun ləqəbi sərtip idi. İranın siyasi xəritəsini o çəkmişdi. Seçkin bir adam idi və Hidəcinin müridi idi. O, Məkkədən yenicə gəlmişdi və səfəri haqqında izahat verirdi. O deyirdi ki, biz bir dəstə olaraq Məkkəyə gedirdik. Nəcəfdən də bir din alimi Məkkəyə gedirdi. Bizə bir din alimi lazım idi ki, həcc mərasimi haqqındakı suallarımıza cavab versin. Alim də tək bir adam idi və yardım edəni yox idi. Bizə qoşulmağını xahiş etdik. O qəbul etdi. Bu alimlə həmsöhbət olmaqdan xeyli həzz aldıq. Həm dini sullarımızı soruşurduq, həm də üstün əxlaqa və digər dəyərli cəhətlərə malik idi. Həcc mərasimini yerinə yetirdikdən sonra Məkkədən Mədinəyə getdik. Mədinədə olarkən birlikdə müqəddəs yerləri ziyarət etməyə gedirdik. Getdiyimiz yerlərdən biri də Mədinə kitabxanası idi. Kitabxanada bir az qaldıqdan sonra kor bir qocanın qoltuğuna girib gətirirdilər. Bu kimdir deyə soruşduq. "baş hakimdir" dedilər. Onu gətirdikdən sonra bizdən haralı olduğumuzu soruşdu. "iranlıyıq" dedik. "İranın harasından?" deyə soruşdu."Tehrandanıq" demək həmən hiddətləndi. Dedi: tehranlılar dinsiz, kafirdirlər. Niyə kafirdirlər, niyə dinsizdirlər? Dedik. Dedi: çünki onlar Quranı təvil edirlər, misal üçün fılan ayənin Əli haqqında, fılan ayənin nə bilim nə haqqında nazil olduğunu deyirlər. Başladı bir neçə ayəni oxumağa. Yəni ki, bunlar ayənin zahirini boşlayəb təvil edirlər. Bizimlə olan alim onun sözünü təsdiq etdi və onun demədiyi bir neçə ayəni də oxuyub dedi: bizim səadət və qazancımızdan biri də cənab baş hakimi görməyimizdir. onlar bir-birilə xoş-beş elədilər. Onun bu işi bizə od vurdu. Deməli Şeyx münafiqmiş, sonra hesabına yetişməliyik deyə düşündük.  Baş hakim dedi: görünür siz alicənab və bilici bir alimsiniz. Sonra alim dedi: mən bir şeyə təəssüf edirəm. Baş hakim necə? Deyə soruşdu. O dedi: siz öz yüksək məqamınıza rəğmən qiyamət günü Peyğəmbərin üzünü görməyəcəksiniz. Niyə və nə üçün? Deyə baş hakim soruşduqda dedi: şərifə ayəyə əsasən. Hansı ayəyə əsasən deyə soruşduqda dedi: hər kim bu mövzuda kor olsa, axirətdə də kor olar. Baş hakim, yox, onun mənası bu deyildir, dedi. Alim dedi: bəs mənası nədir. Baş hakim dedi: hər kimin batini kor olsa. Alim dedi: bu, təvildir. Təvil isə küfrdür. Vahbi olan baş hakim bunu eşitdikdə dedi: qalx ayağa ey rafizi! Çıx eşiyə dedi və ona hiddətləndi.

Şiələri kafirlikdə ittiham edən vahabi baş hakiminə tutarlı cavab
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap