Ayətullah Xameneinin Səudiyyə haqda “Lənətlənmiş Ağac” ifadəsi nə deməkdir?
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:14 PM
Ayətullah Xamenei Həcc mərasimi ilə bağlı hacılara mesajında niyə Səudiyyə haqda “əş-Şəcərətul-Məlunə” ifadəsini işlədib.
Ayətullah
Xameneinin hacılara mesajında Səudiyyə barədə işlətdiyi “əş-Şəcərətul-Məlunə”
az keçməmiş islam dünyasında geniş miqyasda yer almağa və işlənməyə başladı.
Bu ifadə Quranda
İsra surəsinin 60-cı ayəsində gəlibdir:
"(Ya Rəsulum!)
Yadına sal ki, bir zaman sənə: “Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları
ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey
edə bilməzlər!)”–demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və
Quranda lənətlənmiş ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir imtahan etdik
(görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu
qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!"
Burada bir sual
meydana çıxır ki bu lənətlənmiş ağac nədir ki Allah onun vasitəsilə insanları
imtahana çəkir?
Bəzi alimlər
Saffat surəsinin 62-ci ayəsinə (Qonaq olmağa bu Cənnət yaxşıdır, yoxsa zəqqum
ağacı? Biz onu zalımlar üçün bir bəla etdik.) istinad edərək, ağacdan məqsəd Cəhənnəmdəki
Zəqqum ağacı olduğunu deyirlər. Lakin bu zəqqum ağacı sözügedən ayədə lənətlənməyib.
Bu ayənin həqiqi
deyil, məcazi mənada işlənir. Belə ki ayədə lənətlənmiş ağacdan məqsəd yer üzərində
bitən bitki deyil, başqa bir şeydir. Çünki ağac günah sahibi deyil ki lənətlənsin.
Quranın digər
bir ayəsində ağaclar iki yerə bölünür və onlar lənətlənir. İbrahim surəsinin 24
və 26 cı ayələrində buyurulur:
“Məgər Allahın
necə bir məsəl çəkdiyini görmürsənmi? Yaxşı bir kəlmə kökü yerdə möhkəm olub
budaqları göyə ucalan gözəl bir ağac kimidir. Pis kəlmə isə yerdən qopardılmış,
kökü olmayan pis bir ağaca bənzəyir.”
Bir çox müfəssirlər
o cümlədən Əllamə Təbatəbai burada “şəcərə”nin ailə mənasında olduğunu
bildirir. “Filankəsin şəcərəsi filan İmama gedib çatır” kimi işlənən çoxsaylı
ifadələr də ondan xəbər verir ki, şəcərə ərəb dilində nəsil, sülalə və ailəyə də
deyilir.
Hədislərdə də
var ki Peyğəmbər (s) həzrət Əliyə üz tutaraq, “Ey Əli sənlə mən bir şəcərədənik”
deyir.
Quranda keçən və
Ayətullah Xameneinin mesajında gətirilən “Lənətlənmiş Ağac” ifadəsindəki “Ağac”
sülalə və ailə olarsa bəs bu ailənin lənətlənmə səbəbləri nə ola bilər?
Peyğəmbər bir
gün yuxuda görür ki bir dəstə insan meymunlar kimi onun minbərinə dırmaşırlar.
Bu məşhur hədisdir. Həm şiə və həm də Xətib Bağdadi, Tirmizi, İbni-Cureyr Təbəri,
ət-Təbərani, Beyhəqi, İbni Mərdəviyyə kimi sünni alimlər də onu nəql ediblər.
Sünni alimləri
Qurtubi və Fəxri-Razi öz təfsirlərində yazıblar ki Peyğəmbərin minbərinə
dırmaşan və onu ələ keçirən sülalə Bəni-Üməyyə sülaləsidir.
Amma bu gün
müasir dövrdə hədisdə gəlmiş “meymun kimi peyğəmbərin minbərinə dırmaşan
camaat” və eləcə də Quranda gəlmiş “Lənətlənmiş Ağac”dan məqsəd Ali-Səuddur.
Bu ayənin
hazırkı dövrdə Səud Ailəsinə şamil olması göz qarşısındadır. Vəhhabilik və təkfirçiliyi
yayan və onları maliyyələşdirən, islam ölkələrində sabitliyi pozmaq üçün
ayrılan milyardlarla neft pulları, ABŞ-ın bölgədəki əsas müttəfiqi və müsəlman
ölkələrində terror qruplaşmalarını fikir və maddi baxımdan qidalandırmaq, Yəmənə
təcavüz, son dövrlərdə Həcc mərasimi zamanı minlərlə hacının həlak olması və bu
məsələdə Səudiyyənin məsuliyyət qəbul etməməsi və sair səbəblər bunu sübut
edir. (İslaminSesi )