Ayətullah Sistaninin orqan nəqli barədə fətvası açıqlandı
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:21 PM
Hər şeyin müasirləşdiyi bir dövrdə orqanların köçürülməsi, hətta üzün dəyişdirilməsi də adi hal alıb
Hər şeyin müasirləşdiyi bir
dövrdə orqanların köçürülməsi, hətta üzün dəyişdirilməsi də adi hal alıb.
Azərbaycan üçün orqan nəqli yeni olsa da, dünyada bu proses artıq çoxdan
başlayıb.
Hazırda dünyada orqan nəqli
siyahısında 1 milyondan çox insan var və onlar hələ də öz növbəsini gözləyir.
Hər il 100 minə yaxın insan orqan nəqli gözləyərkən həyatını itirir. Bütün
ölkələrdə orqan nəqlinin kifayət qədər olmaması əsas problem olaraq
gündəmdədir. Ölkələrin bu sahədəki cəhdlərini və işlərini tamamlamaq üçün
qanuni çərçivəyə ehtiyacları var. Çünki orqan nəqli xüsusi qanuni tənzimləmələr
tələb edir və bu da orqan nəqlini digər bütün tibb prinsiplərinə kəskin şəkildə
ayırır.
Səhiyyə Nazirliyinin
Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə
meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan
köçürülməsi həyata keçiriləcək.
Səhiyyə Nazirliyinin
Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi
Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası”
şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib ki,
Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi
Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən,
mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata
keçirilməsini təmin etməkdən ibarətdir: “Orqan çatışmazlığı olan xəstələr ölkə
daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman
onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata,
müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün
tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi
xidmət göstərilsin”.
Şura üzvü qeyd edib ki,
əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə
Nazirliyinə məlumat veriləcək: “Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir.
Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə
təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı
bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı
dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Maraqlıdır, bəs İslam orqan
köçürülməsinə icazə verirmi? Böyük İslam alimi Ayətullah Sistaniyə bu barədə
ünvanlanmış suala müctehid belə cavab verib:
"Əgər bir müsəlmanın
ölümdən axilas olması ölmüş bir müsəlmanın bədən üzvlərindən birinin
kəsilməsinə bağlıdırsa, onu kəsmək caizdir (icazə verilir), lakin onu kəsən
diyə (əvəzində nəsə vermək) ödəməlidir. Canlının bədəninə nəql edilmiş bu hissə
onun bir parçası sayılır və canlı bədənin hökmləri onun üçün keçərli
olur." /Faktxeber