header

 Könüllü briqadalar Təlafirin 5 kəndini azad edib - Video

İraqın əsasən könüllü şiə briqadalarından ibarət olan Xalq Səfərbər Qüvvələri Mosul əməliyyatlarının 5-ci mərhələsində Təlafirin cənub və qərbində 5 kəndi alıblar.

İraq mətbuatına istinadən, Mosul əməliyatının 41-ci günündə könüllü briqadalar Təlafir ətrafında daha 5 kəndi almaqla İŞİD terrorçularını daha da sıxışdırıblar.

 

Bu arada İŞİD-in Təlafir üzrə valisi ki, onun özünün də əcnəbi terrorçu olduğu bildirilir, buradakı əcnəbi döyüşçülərin bölgəni tərk edərək, Suriyaya getməsi əmrini verib. O Təlafirin yerli döyüşçülər tərəfindən qorunması əmrini verib.

 

İraq təhlükəsizlik mənbələri bildiriblər ki, Təlafirin əcnəbi valisi yerli İŞİD-çiləri döyüş meydanından qamaqda ittiham edib.

 

Qeyd edək ki, İŞİD terror təşkilatının tanınmış komandirləri arasında təlafirlilər çox gözə dəyir. Təlafirdə 500 İŞİD terrorçusunun olduğu bildirilir.


İraqın əsasən könüllü şiə briqadalarından ibarət olan Xalq Səfərbər Qüvvələri Mosul əməliyyatlarının 5-ci mərhələsində Təlafirin cənub və qərbində 5 kəndi alıblar.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap