Könüllü briqadalar Təlafirin 5 kəndini azad edib - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
İraqın əsasən könüllü şiə briqadalarından ibarət olan Xalq Səfərbər Qüvvələri Mosul əməliyyatlarının 5-ci mərhələsində Təlafirin cənub və qərbində 5 kəndi alıblar.
İraq mətbuatına istinadən, Mosul əməliyatının
41-ci günündə könüllü briqadalar Təlafir ətrafında daha 5 kəndi almaqla İŞİD
terrorçularını daha da sıxışdırıblar.
Bu arada İŞİD-in Təlafir üzrə valisi
ki, onun özünün də əcnəbi terrorçu olduğu bildirilir, buradakı əcnəbi döyüşçülərin
bölgəni tərk edərək, Suriyaya getməsi əmrini verib. O Təlafirin yerli döyüşçülər
tərəfindən qorunması əmrini verib.
İraq təhlükəsizlik mənbələri
bildiriblər ki, Təlafirin əcnəbi valisi yerli İŞİD-çiləri döyüş meydanından
qamaqda ittiham edib.
Qeyd edək ki, İŞİD terror təşkilatının
tanınmış komandirləri arasında təlafirlilər çox gözə dəyir. Təlafirdə 500 İŞİD
terrorçusunun olduğu bildirilir.