header

 Səudiyyə rəsmisi: Vəziyyət belə getsə 3 ilə müflis oluruq

“Əgər neftin qiyməti 40-45 dollar civarında qalsa, əgər heç bir qabaqlayıcı iqtisadi islahat addımları atılmasa, dünya iqtisadiyyatının inkişaf amilləri də olduğu kimi qalsa onda biz 3-4 ilə iflasa uğrayacağıq”

Bunu Səudiyyənin İqtisadiyyat nazirinin müavini Məhəmməd Tuveyciri MBC telekanalına verdiyi müsahibəsində deyib.

 

Yaxın illər ərzində tədbirlərin görülməyəcəyi və cürətli addımların atılmayacağı təqdirdə ehtiyat fondun vəsaitlərinin azalacağını deyən Səudiyyə rəsmisi ölkədə iflasın qaçılmaz olacağını deyib.

 

“Ehtiyat fondunun vəsaitlərinin azalması, borc alma imkanlarının azalması, İraq və İran kimi digər neft bazarlarında qara qızılın istehsalının artması, ölkənin yeganə mədaxil mənbəyi olan neft bazarının qeyri-sabit durumu əgər belə gedərsə 3-4 ilə iflas qaçılmaz olacaq”

 

Qeyd edək ki, Səudiyyə dünyada ən çox neft ehtiyatına malik olan və onu ən çox ixrac edən ölkədir. Ölkənin ixracatının 90 faizindən artığını neft təşkil edir.

 

Bu ölkə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC:günə 32 milyon barel) istehsal etdiyi neftin üçdə birini yəni günə 11 milyon barelini ixrac edir.

 

Son illərdə Səudiyyə Ərəbistanı Yəmənə təcavüz etməklə yeni müharibəyə girib. Bundan əlavə Suriyada qruplaşmalar maddi və hərbi dəstəklər verməsi, Yaxın Şərqdə bir sıra rejimlərin qalması üçün xərclədiyi pullar və verdiyi maddi vədlər ölkənin iqtisadiyyatını da ciddi təhlükələr qarşısında qoymaqdadır.


“Əgər neftin qiyməti 40-45 dollar civarında qalsa, əgər heç bir qabaqlayıcı iqtisadi islahat addımları atılmasa, dünya iqtisadiyyatının inkişaf amilləri də olduğu kimi qalsa onda biz 3-4 ilə iflasa uğrayacağıq”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap