Səudiyyə rəsmisi: Vəziyyət belə getsə 3 ilə müflis oluruq
Posted on : Digər sahələr 10/16/2017 1:00:16 PM
“Əgər neftin qiyməti 40-45 dollar civarında qalsa, əgər heç bir qabaqlayıcı iqtisadi islahat addımları atılmasa, dünya iqtisadiyyatının inkişaf amilləri də olduğu kimi qalsa onda biz 3-4 ilə iflasa uğrayacağıq”
Bunu Səudiyyənin
İqtisadiyyat nazirinin müavini Məhəmməd Tuveyciri MBC telekanalına verdiyi
müsahibəsində deyib.
Yaxın illər ərzində
tədbirlərin görülməyəcəyi və cürətli addımların atılmayacağı təqdirdə ehtiyat
fondun vəsaitlərinin azalacağını deyən Səudiyyə rəsmisi ölkədə iflasın qaçılmaz
olacağını deyib.
“Ehtiyat
fondunun vəsaitlərinin azalması, borc alma imkanlarının azalması, İraq və İran
kimi digər neft bazarlarında qara qızılın istehsalının artması, ölkənin yeganə
mədaxil mənbəyi olan neft bazarının qeyri-sabit durumu əgər belə gedərsə 3-4 ilə
iflas qaçılmaz olacaq”
Qeyd edək ki, Səudiyyə
dünyada ən çox neft ehtiyatına malik olan və onu ən çox ixrac edən ölkədir. Ölkənin
ixracatının 90 faizindən artığını neft təşkil edir.
Bu ölkə Neft
İxrac Edən Ölkələr Birliyinin (OPEC:günə 32 milyon barel) istehsal etdiyi
neftin üçdə birini yəni günə 11 milyon barelini ixrac edir.
Son illərdə Səudiyyə
Ərəbistanı Yəmənə təcavüz etməklə yeni müharibəyə girib. Bundan əlavə Suriyada
qruplaşmalar maddi və hərbi dəstəklər verməsi, Yaxın Şərqdə bir sıra rejimlərin
qalması üçün xərclədiyi pullar və verdiyi maddi vədlər ölkənin iqtisadiyyatını
da ciddi təhlükələr qarşısında qoymaqdadır.
نائب وزير الاقتصاد السعودي محمد التويجري: لو لم يتم اتخاذ إجراءات اقتصادية فإفلاس المملكة حتمي خلال ٣ او ٤ سنوات. pic.twitter.com/4hiDz0NnbM
— Zaid Benjamin (@zaidbenjamin) October 19, 2016