header

 Qarabağ boyda dərdi olan ölkəyə qarpız festivalı lazımdırmı?

Eldəniz Quliyev: “Bu cür festivallar bizi gülüş hədəfinə çevirə bilər”

Son illər rayonlarda nar, alma və s. meyvələrlə bağlı festivallar təşkil edilməkdədir. Bu günlərdə Sabirabadda qarpız festivalı da keçirildi ki, bu festivalla bağlı görüntülər əksər telekanallarda nümayiş edildi.

Maraqlıdır, Qarabağ boyda problemi olan ölkənin nar, qarpız festivalı keçirməsi, bunu ictimaiyyətə böyük mədəni hadisə kimi təqdim etməsi nə dərəcədə normaldır? Ümumiyyətlə, meyvələrlə bağlı bu cür festivalların keçirilməsi, buna xeyli vəsaitin ayrılması necə izah olunmalıdır? Bu, hansısa mədəni hadisə, milli adət-ənənə nümunəsidir, yoxsa heç bir dərin ictimai-mənəvi əhəmiyyət kəsb etməyən lüzumsuz bir yenilik?

Məsələ ilə bağlı moderator-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bu kimi festivallarıns adəcə ictimaiyyətin diqqətini yayındırmaq vasitəsi olduğunu bildirib:

“Bu, camaatın fikirini mühüm məsələlərdən, mövcud sosial problemlərdən, seçki-referendum saxtakarlıqlarından,eləcə də saysız-hesabsız insanları az qala gər gün :"olum və ya ölüm?" sualına cavab vermək məcburiyyətindən yayındırmaq məqsədi güdür. Belə festivallar süni və qurama olduğu üçün, düşünürəm ki, mental keyfiyyətlər yükünü daşmayacaq və az sonra- indi ironiya ilə qarşılandığı kimi- unudulub da gedəcək...

Azərbaycanın Qarabağ ağrısı var. Azərbaycan sosial-iqtisadi və mənəvi-əxlaqi böhran yaşayır... Belə vəziyyətdə, belə zaman kəsiyində nar, qarpız və s. festivalların keçirilməsi, nəticədə bizi gülüş hədəfinə çevirə bilər.

İctimai rəyi az bir müddətə azdırmaq olar, amma onu uzun müddət aldatmaq olmaz!”

Eldəniz Quliyev: “Bu cür festivallar bizi gülüş hədəfinə çevirə bilər”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap