header

 Bu gün İmam Rzanın (ə) mövlud günüdür

11 zilqədə - 17 sentyabr səkkizinci İmam Həzrət Rzanın (ə) mövlud günüdür



Onuncu məsum İmam Rzanın (ə) şəxsiyyəti
Adı: Әli 
Ləqəbi: Rza; 
Künyəsi: Әbülhəsən; 
Atası: Həzrət imam Museyi Kazim (ə); 
İmamlıq müddəti: 21 il; 
Ömrü: 55 il; 
Vəfatı: 203-cü hicri-qəməri ilində Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib şəhid oldu. 
Məzarı: İran, Məşhəd şəhəri. 

Təvəllüdü - 148-ci hicri-qəməri ilinin zilqədə ayının 11-də Mədinə şəhərində Musa ibni Cəfər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı. Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. İmamın əziz anası Nəcmə xanım iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Uşaqlıq çağından etibarən atası imam Kazim (ə) ilə birlikdə idi. İmam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: "Məndən sonrakı imam budur." Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musa ibn Cəfər (ə) bizi çağırıb «sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu. İmamın (ə) zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: "Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa." 

İmamın (ə) əxlaqi xüsusiyyətləri 
Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum Şeyx Səduq Ibrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: İmam Rza əleyhissalamın sözlə bir kimsəyə zülm etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı.
Məhəmməd ibn Әbi Ibad İmam (ə) haqqında belə deyibdir: "Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi. Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, İmam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik." 
İmamın (ə) xidmətçisi Yasir deyibdir: İmam (ə) bizə belə buyurardı: "Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». 
Imamın əshabından olan başqa bir nəfər isə o Həzrətin (ə) əxlaqı barəsində belə deyibdir: "Bir gün yad bir adam İmamın (ə) evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm" - dedi. Imam (ə) qalxıb o biri otağa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: "Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir." İmamdan (ə) "belə etdin ki, səni görməsin?" - deyə soruşdular. İmam (ə) onların cavabında belə buyurdu: "Belə etdim ki, gözü mənə sataşıb utanmasın." 
İmamın (ə) əshabından olan Süleyman deyibdir: Bir gün Həzrətlə (ə) evə getdik. Fəhlələr işləyirdilər. Orada İmamın (ə) tanımadığı özgə bir kişi də var idi. Imam (ə) buyurdu: "Bu kişi kimdir?" Dedilər: "Onu bizə kömək etmək üçün gətirmişik." Buyurdu: "Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?" Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz. İmam (ə) bu sözdən çox narahat olub buyurdu: "Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzdun təyin edin. Çünki muzdu təyin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz." 

İmamdan qısa kəlamlar
1. Özünün və arvad-uşağının maaşını təmin etmək üçün zəhmət çəkən kişi, Allah yolunda cihad edən kimidir. 
2. Birinin adını çəkəndə, bu işi, həmişə hörmətlə görün. 
3. Təmiz olun, çünki təmizlik peyğəmbərlərin sünnəsidir. 
4. Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır. 
5. Bir müsəlmana xəyanət edən şəxs bizdən deyildir.

Bu mübarək gün münasibətilə başda Həzrət Mehdi (ə.f) olmaqla, bütün müsəlmanları və bütün ədalətsevər insanları təbrik edirik!
11 zilqədə - 17 sentyabr səkkizinci İmam Həzrət Rzanın (ə) mövlud günüdür
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap