header

 Kərbəla şəhidi – Züheyr ibn Qeyn-2

Şübhəsiz, İmam Hüseyn (ə) tərəfdarlarının Aşura gecəsi öz vəfadarlıqlarını elan etməsi bəşər tarixinin ən əzəmətli və gözəl səhnələrindən idi.

Şübhəsiz, İmam Hüseyn (ə) tərəfdarlarının Aşura gecəsi öz vəfadarlıqlarını elan etməsi bəşər tarixinin ən əzəmətli və gözəl səhnələrindən idi.

Züheyr, İmamın (ə) öz beyətini bütün tərəfdarlarından götürdüyü o həssas tarixi anlarda camaatın arasından ayağa qalxıb İmama (ə) xitab edərək belə dedi: “Allaha and olsun! Ey Allah Rəsulunun (s) övladı, istəyirəm ki, min dəfə ölüm və dirilim, amma siz və Əhli-beytiniz sağ qalasınız. (“Biharul-ənvar”, c.44, səh.393; “Əyanuş-şiə”, c.1, səh.601.)

Züheyr bu bir neçə gündə elə dəyişib etimad qazandı ki, Aşura günü əshabın arasından İmam tərəfindən ordunun sağ cinahına başçı seçildi.

O, Aşura günü möhtəşəm bir xütbə oxudu. Əynində döyüş libası və atının üzərində düşmən ordusuna üz tutdu və onlara belə xitab etdi: “Ey Kufə çamaatı! Allahın əzabından qorxun, müsəlmanın müsəlman üzərində haqqı budur ki, qardaşına nəsihət etsin. Biz indi qardaşıq, bizim aramızda döyüş olmayana qədər bir dindəyik, (ona görə də bizim nəsihətimizə qulaq asın.) Amma bizim aramızda müharibə başlasa, o zaman sizinlə imanla bağlı olan əlaqəmiz kəsiləcək. Siz bir ümmət, biz isə başqa bir ümmət olacağıq. Allah bizi öz Peyğəmbərinin (s) xanədanı ilə imtahana çəkir ki, bizim Allah Rəsulunun (ə) övladı ilə necə rəftar edəcəyimizi görsünMən sizi bu xanədana kömək, Yezid və Übeydullah ibn Ziyadı tərk etməyə çağırıram, çünki siz onların hakimiyyətində pis rəftardan, qətldən, Hücr ibn Ədiyy və onun yoldaşları Hani ibn Ürvə kimi şəxsiyyətlərin dar ağacından asılmasından və öldürülməsindən başqa, bir şey görməyəcəksiniz.”

İbn Sədin ordusu Züheyrə nalayiq sözlər deyib səs-küy salmağa başladı, amma Züheyr sözünə davam etdi: “Ey Allah bəndələri! Süməyyənin oğlu (Übeydullah ibn Ziyad) deyil, Fatimənin (s.ə) övladları dostluq və köməyə daha layiqdirlər. Əgər Fatimə (s.ə) övladlarına kömək etmək istəmirsinizsə, heç olmasa, Allahdan qorxun və onları qətlə yetirməkdə şərik olmayın!”

Züheyr söhbətinə davam etdiyi halda, Şimr ona doğru bir ox atıb dedi: “Sakit ol, Allah səsini kəssin!”

Züheyr onun cavabında dedi: “Ey bədəvi ərəb övladı, mən səninlə danışmıram, sən hidayətə layiq deyilsən! Mən sənin Allah kitabından iki ayə bildiyini belə düşünmürəm, sənə Qiyamət günü rüsvayçılığı və şiddətli əzabı müjdə verirəm!”

Şimr dedi: “Artıq sənin və İmamının öldürülməyinə bir şey qalmayıb.”

Züheyr dedi:

أَفَبِالْمَوْتِ تُخَوِّفُنی؟ فَوَاللهِ لِلْمَوْتِ مَعَهُ أَحَبُّ اِلَیَّ مِنَ الْخُلْدِ مَعَکُمْ

“Məni ölümlə qorxudursan? Allaha and olsun! Mənim nəzərimdə İmam Hüseynlə (ə) birgə şəhid olmaq sizinlə həmişəlik yaşamaqdan daha yaxşıdır.”

Sonra Züheyr üzünü Kufə ordusuna tutub uca səslə dedi: “Ey Allah bəndələri! Bu pis xasiyyətli insan sizi aldatmasın, Allaha and olsun! Allah Rəsulunun (s) şəfaəti onun zürriyyəsinin qanını tökənlərə heç vaxt çatmayacaq.” (“Əl-kamil”, İbn Əsir, c. 4, səh.63.)

Bu zaman İmamın (ə) qoşunundan bir şəxs Züheyri səsləyib dedi: “İmam (ə) buyurur ki, “Qayıt! Ali-Fironun mömini kimi, camaata nəsihət verdin, amma onlara təsir etmədi.” (“Əl-kamil”, İbn Əsir, c.4, səh.63; “Nəfəsul-məhmum”, səh.124 və ”Təbəri tarixi”, c.4, səh. 324.)

Züheyr tam şücaətlə vuruşub İmamı (ə) müdafiə edirdi. İmam Hüseyn (ə) Aşura günü zöhr namazını qılan zaman Züheyr əlini İmamın çiyninə qoyub vida əlaməti olaraq bu rəcəzi oxudu:

فَدَتْکَ نَفْسی هَادِ