"22 bəhmən" yürüşündə Azərbaycanın şəriət məhbuslarına dəstək + Foto
Posted on : Ərdəbil 02/12/2019
Ərdəbil və digər şəhərlərdə 22 bəhmən yürüşü çərçivəsində Azərbaycanın şəriət məhbuslarına dəstək verilərək onların sərbəst buraxılması tələb olunub
Tashaio.com xəbər verir ki, İran İslam inqilabı qələbəsinin ildönümü günü-22 bəhmən yürüşünün iştirakçıları Ərdəbil şəhrində "Amerikaya ölüm" və İsrailə ölüm" şüarları səsləndirməklə yanaşı əllərində Azərbaycanın şəriət məhbuslarının şəkillərini tutaraq onların dərhal azadlığa buraxılmasını tələb edib və onlara qarşı işgəncələrin dayandırılmasını istəyiblər.
İran İslam inqilabı qələbəsinin 40-cı ildönümü yürüşünün iştirakçıları Təbriz, Zəncan, Urmiya, İslamşəhr və Həmədan şəhərində də Azərbaycana məhbuslarının şəkillərini daşıyaraq onlara dəstək veriblər.