Ayətullah Hatəminin vəfatı ilə bağlı Ərdəbil vilayətində ümumi matəm elan olunub
Posted on : Ərdəbil 01/07/2019
Həzrət Ayətullah Hac Seyid İbrahim Seyid Hatəminin vəfatı ilə bağlı bu gün Ərdəbil vilayətində ümumi matəm elan olunub.
Ərdəbil vilayətinin Rəhbərlik Xobreqanı Məclisindəki keçmiş nümayəndəsi Həzrət Ayətullah Hac Seyid İbrahim Seyid Hatəminin pak cənazəsi bu gün səhər saat onda Ərdəbilin Musəlla meydanından müşayiət olunacaq.
Həmçinin Həzrət Ayətullah Seyid Hatəminin vəfatı münasibətilə Vəliyye Fəqihin Ərdəbil vilayətindəkii nümayəndəsi və Ərdəbil valisi birgə müraciət yayaraq, bu itki ilə bağlı başsağlığı veriblər.
Hac Seyid Cavadın övladı olan Ayətullah Seyid Hatəmi Ərdəbilin çox möhtərəm seyidlərindən və böyük din alimi idi. O, 1343-cü hicri qəməri və 1303-cü günəş ilində Ərdəbildə anadan olub.
O, dövlət məktəblərində təhsil almaqdan əlavə, hövzəvi elmlərin bir hissəsini Ərdəbil dini elmlər hövzəsinin Şeyx Möhsün Nəcəfi, Axund Molla Bəşir Müdərris, Hac Şeyx Əbdulqəfur Amili, Şeyx Qulamhüseyn Qərəvi Qüdsi, Hac Mirzə İbrahim Kələntər və digər ustadlar kimi ozamankı ustadlarından öyrənibdir.
Xarici-Fiqh və üsul dərslərini Hac Ağa Hoseyn Borucerdi, Seyyed Mohəmməd Hoccət, Şeyx Mohəmməd Əli Əraki və Ruhollah Xomeyninin xidmətində olaraq davam etdirib və hövzəvi elmi dərəcədə yüksək mövqeyə nail olubdur.
O, 1343-cü günəş ilində Ərdəbil şəhərinə geri döndü və dini elmlər hövzəsində hövzəvi elmləri tədris etməyə və Ərdəbil məscidlərində Qurani-Kərimi şərh etməyə başladı.
İran İslam İnqialbı gedişində vilayətdə fəal üzv kimi Ərdəbilin mərhum imamcüməsi Ayətullah Mürəvvic ilə yanaşı, inqilabçı mübariz kimi tanınıb və İslam İnqialbının qələbəsindən sonra Ərdəbil dini elmlər hövzəsinin başçısı və Ərdəbil əhalisinin Rəhbərlik Xobreqanı Məclisindəki nümayəndəsi kimi məsuliyyətlərə malik olubdur.