Ayətullah Xamenei: İslam ölkələri Myanma hökumətinin cinayətlərinə qarşı əməldə addımlar atsın
Posted on : Təqlid mərcələrinin 10/16/2017 1:00:33 PM
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün xaric-fiqh dərsinin əvvəlində Myanmada müsəlmanlara qarşı törədilən terrordan danışıb. O, beynəlxalq qurumların və insan haqları carçılarının bu faciələr qarşısında sükut etməsini pisləyib.
Ayətullah
Xamenei bildirib ki, bu məsələnin yeganə həll yolu müsəlman ölkələrinin sözdə deyil, əməldə addımlar atması ilə mümkündür.
“Əlbəttə, əməldə addımlar atmaqda məqsəd ordu yeritmək deyil. Müsəlman
ölkələri Myanmanın qəddar hökumətinə
qarşı siyasi və iqtisadi təzyiqləri artırmalıdır. Həmçinin bu cinayətlər əleyhinə
beynəlxalq tribunalarda haqq səsini qaldırmalıdır.”
Ayətullah
Xamenei Myanmada baş verən faciələrin müsəlmanlar və buddistlər arasında məzhəb
qarşıdurması kimi təqdim edilməsinin kökündən yanlış olduğunu qeyd edib. “Ola
bilər bu hadisədə məzhəb təəssübkeşliyinin təsiri olsun. Amma
bu faciənin icraçısı Myanma hökumətidir
və onun başında da Nobel sülh mükafatı
qazanan qəddar bir qadın durur. Bu hadisələr, əslində, Nobel sülh mükafatının
ölümünü göstərdi."
Ayətullah
Xamenei əlavə edib ki, bu faciələr İslam ölkələri, beynəlxalq təşkilatlar və insan haqları müdafiəsi iddiasında olan ikiüzlü və yalançı hökumətlərin gözü
qarşısında törədilir.
Ali Rəhbər BMT
baş katibinin Myanmada baş verənləri
pisləməklə kifayətlənməsini tənqid edərək bildirib ki, insan haqları carçıları bəzi vaxtlar bir ölkədə olan bir cinayətkarı cəzalandırmaq
üçün səs-küy salırlar. Amma Myanmada on
minlərlə insanın qətliamı və didərgin
salınması qarşısında heç bir reaksiya vermirlər.
Ayətullah
Xamenei İslam Əməkdaşlıq Təşkilatının Myanmada baş verən faciələrlə bağlı konfrans
keçirməsinin zəruriliyini vurğulayıb və deyib ki, bugünkü dünya zülmlə doludur.
“İran İslam Respublikası dünyanın hər hansı bir yerində sionistlərin işğal
etdiyi torpaqlarda, Yəməndə, Bəhreyndə və
Myanmada olunan zülmlərə qarşı cəsarətli və aşkara mövqe bildirməkdən qürur
duymalıdır.” / Maide.Az