ABŞ qırıcılarının hücumunda 22 suriyalı sivil həlak olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının Suriyanın şimal bölgələrinə hava hücumlarında 22 suriyalı sivil həlak olub.
Fars Xəbər
Agentliyinin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları
Suriyanın Riqqə şəhərinin cənubunda yerləşən Kəsərat kəndini bombalayıblar. Nəticədə
əksəriyyətini uşaq və qadınlar təşkil edən azı 17 sivil həlak olub.
Bu hava
hücumunda 15 sivil də yaralanıb.
Bu arada ABŞ-ın
başçılıq etdiyi koalisiyanın qırıcıları Suriyanın Hələb şəhərinin şərqində iki
kəndi atəşə tutublar. Nəticədə 5 sivil həlak olub və 11 nəfər də yaralanıb.
Bundan öncə də
ABŞ qırıcıları bir neçə dəfə Hələb və Riqqənin müxtəlif ərazilərini
bombalayıblar. Nəticədə onlarla sivil həlak olub və yaralanıb.
ABŞ qırıcıları
terrorizmlə mübarizə bəhanəsi ilə Suriyanın yaşayış massivlərini hədəfə
alırlar.
Suriya 2011-ci
il mart ayından bəzi region və qərb ölkəlkərinin maliyyə və silah dəstəyi ilə
xarici terrorçuların bu ölkəyə girişindən sonra böhranla üzləşmişdir.