header

 ABŞ qırıcılarının hücumunda 22 suriyalı sivil həlak olub

ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının Suriyanın şimal bölgələrinə hava hücumlarında 22 suriyalı sivil həlak olub.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları Suriyanın Riqqə şəhərinin cənubunda yerləşən Kəsərat kəndini bombalayıblar. Nəticədə əksəriyyətini uşaq və qadınlar təşkil edən azı 17 sivil həlak olub.

 

Bu hava hücumunda 15 sivil də yaralanıb.

 

Bu arada ABŞ-ın başçılıq etdiyi koalisiyanın qırıcıları Suriyanın Hələb şəhərinin şərqində iki kəndi atəşə tutublar. Nəticədə 5 sivil həlak olub və 11 nəfər də yaralanıb.

 

Bundan öncə də ABŞ qırıcıları bir neçə dəfə Hələb və Riqqənin müxtəlif ərazilərini bombalayıblar. Nəticədə onlarla sivil həlak olub və yaralanıb.

 

ABŞ qırıcıları terrorizmlə mübarizə bəhanəsi ilə Suriyanın yaşayış massivlərini hədəfə alırlar.

 

Suriya 2011-ci il mart ayından bəzi region və qərb ölkəlkərinin maliyyə və silah dəstəyi ilə xarici terrorçuların bu ölkəyə girişindən sonra böhranla üzləşmişdir. 

ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcılarının Suriyanın şimal bölgələrinə hava hücumlarında 22 suriyalı sivil həlak olub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:24 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap