header

 Ayətullah Sistaninin orqan nəqli barədə fətvası açıqlandı

Hər şeyin müasirləşdiyi bir dövrdə orqanların köçürülməsi, hətta üzün dəyişdirilməsi də adi hal alıb

Hər şeyin müasirləşdiyi bir dövrdə orqanların köçürülməsi, hətta üzün dəyişdirilməsi də adi hal alıb. Azərbaycan üçün orqan nəqli yeni olsa da, dünyada bu proses artıq çoxdan başlayıb.

 

Hazırda dünyada orqan nəqli siyahısında 1 milyondan çox insan var və onlar hələ də öz növbəsini gözləyir. Hər il 100 minə yaxın insan orqan nəqli gözləyərkən həyatını itirir. Bütün ölkələrdə orqan nəqlinin kifayət qədər olmaması əsas problem olaraq gündəmdədir. Ölkələrin bu sahədəki cəhdlərini və işlərini tamamlamaq üçün qanuni çərçivəyə ehtiyacları var. Çünki orqan nəqli xüsusi qanuni tənzimləmələr tələb edir və bu da orqan nəqlini digər bütün tibb prinsiplərinə kəskin şəkildə ayırır. 

 

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın fəaliyyəti ölkədə meyitdən orqan köçürülməsinə təkan verəcək, respublikada meyitdən orqan köçürülməsi həyata keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib ki, Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın əsas məqsədi Azərbaycanda transplantologiya işini daha da mükəmməlləşdirməkdən, mərkəzləşdirilmiş şəkildə Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilməsini təmin etməkdən ibarətdir: “Orqan çatışmazlığı olan xəstələr ölkə daxilində və xaricində müxtəlif həkimlərə müraciət ediblər. Nəticədə çox zaman onlar qeyri-peşəkar xidmət görürlər. Şuranın fəaliyyəti ilə əməliyyata, müalicəyə ehtiyacı olan xəstələr vaxtında peşəkar xidmət göstərilməsi üçün tibbi müəssisələrə yönləndiriləcək ki, onlara vaxtında lazımi peşəkar tibbi xidmət göstərilsin”.

 

Şura üzvü qeyd edib ki, əməliyyata ehtiyacı olan xəstələr siyahıya alınaraq, bu barədə Səhiyyə Nazirliyinə məlumat veriləcək: “Artıq Şura mütəmadi toplanıb, görüşlər keçirir. Müəyyən məsələlər paket halında hazırlanıb, təkliflərlə birgə Səhiyyə Nazirliyinə təqdim olunub. Hazırda ölkədə nə qədər xəstəyə orqan köçürülməsi ilə bağlı bizdə konkret rəqəmlər yoxdur. Yaxın müddət ərzində belə xəstələrin sayı dəqiqləşdiriləcək və Şuranın işi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Maraqlıdır, bəs İslam orqan köçürülməsinə icazə verirmi? Böyük İslam alimi Ayətullah Sistaniyə bu barədə ünvanlanmış suala müctehid belə cavab verib:

 

"Əgər bir müsəlmanın ölümdən axilas olması ölmüş bir müsəlmanın bədən üzvlərindən birinin kəsilməsinə bağlıdırsa, onu kəsmək caizdir (icazə verilir), lakin onu kəsən diyə (əvəzində nəsə vermək) ödəməlidir. Canlının bədəninə nəql edilmiş bu hissə onun bir parçası sayılır və canlı bədənin hökmləri onun üçün keçərli olur." /Faktxeber

Hər şeyin müasirləşdiyi bir dövrdə orqanların köçürülməsi, hətta üzün dəyişdirilməsi də adi hal alıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap