header

 Gəncədə əzadarlar ilə polislər arasında qarşıdurma yaranıb-foto

Hadisə bu gün Tasua yürüşü keçirən zaman baş verib.

Gəncə şəhərində Şah Abbas cümə məscidində qarşıdurma baş verib. Qarşıdurma məscidə toplaşan dindarların  Aşura mərasimi ilə bağlı imam Hüseyn məclisi keçiriməsi zamanı olub. 
 
İnanclı kəsimin nümayəndələri Şah Abbas cümə məscidinin həyətində toplaşaraq əzadarlıq (sinə vurmaq - red) edərkən, polis qüvvələri məscidə gələrək, camaatdan məscidin həyətini boşaltmalarını və hər kəsin məscidin içinə girmələrini istəyiblər. 
 
Bu zaman camaatla polis qüvvələri arasında qısa müddətli münaqişə baş verib. Sakinlərin musavat.com-a verdiyi məlumata görə, Gəncə şəhərində son zamanlarda dindarlara qarşı təzyiqlər edilir: “Son bir neçə ildə məscidlərə, dindarlara nəzarət artıb. Məscidlərə müəyyən qadağalar qoyulur. Bir neçə il bundan öncəyə qədər polislərin müşayəti altında Aşura günü ilə bağlı tasua yürüşü edilirdi. İndi ona da qadağa qoyulub”. (musavat.com)
Hadisə bu gün Tasua yürüşü keçirən zaman baş verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap