İmam Hüseyn (ə) üçün ağlamaq təqva ilə birgə olsa, insanı behiştə aparar
Posted on : Əqidələr 10/16/2017 12:59:55 PM
Allah da onların bu səmimi tövbəsini qəbul edər.
Seyyid ibni Tavus deyir: “Əgər bizə əzadarlıq əmri verilməsəydi, yenə də
Aşurada bayram etmək olmazdı. Əgər ox bir insanın əlinə dəysə, siz təsirlənərsiniz.
Necə ola bilər ki, gözünüzün önündə uşağı tikə-tikə etsinlər və insan sakit əyləşsin
və onu halına göz yaşı tökməsin?! Bu ağlamaqlar zəiflik ağlamaqları deyildir.
Çarəsizlik ağlamaqları deyildir. Ona görədir ki, İmam Hüseynə (ə) ağlayanlar
üçün bu qədər savab vardır”. (Tebyan)
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətinə aid hədislər çoxdur. Ancaq heç
birində deyilmir ki, insan heç bir şərt olmadan behiştə gedəcəkdir. İmam Hüseynə
(ə) ağlamaq gözəl və bəyənilən əməllərdəndir. Başqa saleh əməllər kimi, o zaman
qəbul olunar ki, insan təqva əhli olsun. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul
edir». (“Maidə” 27).
İmam Hüseynə (ə) ağlamaq elə bir qapıdır ki, əgər oradan daxil olsaq,
bizi bəndəlik yoluna hidayət edəcəkdir. Bu yol İlahi qürbə tərəf gedən pillədir.
İmam Hüseynə (ə) ağlayanlar səfa və eşq üzündən göz yaşı tökərlər. Saflaşıb tövbələrini
xatırlayarlar. Allah da onların bu səmimi tövbəsini qəbul edər.
O kəs ki, İmam Hüseynə (ə) aşiqdir və onun məzlumluğuna ağlayar, namaza
qarşı etinasız ola bilməz. Əgər hansısa namazı qəza olubsa, ona çox pis təsir
edər və təcili olaraq öz vəzifəsini icra edər.
İmam Hüseynə (ə) eşq bəsləmək və onun müsibətinə ağlamaq – tövbənin ilk
addımıdır. Bu tövbə əgər kamala çatarsa, nəinki günahları gizlədər, əslində
günahları yaxşılıqlara çevrilən bir amilə çevrilər. “(Keçmiş durumlarına görə)
tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah
onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək
edər və yaxud keçmiş günahlarını məhv edərək, onların yerinə yaxşılıq yazar).
Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).
O kəs ki, İmam Hüseynə (ə) aşiq olar – dünyada, axirətdə və bərzəxdə
Allahın nəzəri altında olar və Allahın xüsusi rəhməti bütün bu mərhələlərdə onu
əhatə edər. Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, hər kəs sevdiyi
ilə məşhur olar. Biz əgər İmam Hüseynə (ə) aşiqiqsə deməli, Həzrətlə (ə) bir
yerdə məşhur olacağıq. İnşəallah!